Accessibility links

CNN-nin şou aparıcısı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib


Entoni Burden Dağlıq Qarabağda
Entoni Burden Dağlıq Qarabağda

CNN telekanalının şou aparıcısı, amerikalı baş aşpaz Entoni Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına daxil edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, həmçinin qanunlarını pozduğuna görə, Burdenin adının arzuolunmaz şəxslər siyahısına daxil edildiyini təsdiqləyirik. Təəssüf edirik ki, o özünü təbliğat alətinə çevirib. İşğal altında olan torpaqlarda mətbəx şousu təşkil etmək Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününə qarşı son dərəcə hörmətsizlikdir", - deyə H.Hacıyev əlavə edib.

E.Burden oktyabr ayında "Entoni Burden: bilinməyən yerlər" teleşousu üçün Azərbaycanın ermənilərin nəzarətində olan Şuşa şəhərinə səfər edib. O, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG