Accessibility links

REAL-a qurultay keçirmək üçün yer verilməyib


REAL
REAL

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Respublikaçı Alternativ Partiyası Təşəbbüs Qrupunun Respublikaçı Alternativ Partiyasının təsis qurultayının keçirilməsi üçün yer ayrılması ilə bağlı müraciətinə rədd cavabı verib. Bu haqda REAl Hərəkatının məlumatında deyilir.

Hərəkatın məlumatına görə, idarə yer ayrılmamasını texniki məsələlərlə izah edib: "Təsis qurultayı üçün qeyd etdiyiniz məkanlardan Təbriz və Bakı kinoteatrlarının baş idarənin balansında olmaması, Bəhlulzadə adına Mədəniyyət Sarayında isə həmin tarixdə film nümayişi ilə əlaqədar olaraq nəzərdə tutduğunuz qurultayın keçirilməsi qeyri-mümkündür", Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin hərəkata göndərdiyi cavabda belə deyilir.

REAl bildirir ki, hərəkat Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rədd cavabı ilə bağlı suallara sabah, oktyabrın 27-də keçirəcəyi mətbuat konfransında cavab verəcək.

Xatırladaq ki, REAl Hərəkatı 2009-cu ildə təsis edilib və bu il oktyabrın 29-da keçirilməsi gözlənilən hərəkatın partiyaya çevriləcəyi nəzərdə tutulur. Bu qərar sentyabrın 24-də hərəkatın rayonlardan və Bakıdan gələn təmsilçilərinin iştirakı ilə yekdilliklə qəbul edilib. Qərardan sonra təşəbbüs qrupu tədbirə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib, Müraciət Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Baş İdarəsinə ünvanlanmışdı.

Qeyd edək ki, Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəməmin qərarı ilə 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ ki, azadlığa buraxılmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG