Accessibility links

Elmar Məmmədyarov Efiopiyada səfərdədir


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 8-9-da Efiopiya Respublikasında rəsmi səfərdə olacaq.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Efiopiya xarici işlər naziri Vorkene Qebeyehu və digər rəsmi şəxslərlə görüşü olacaq.

Həmçinin, Elmar Məmmədyarovun Əddis Əbəbə şəhərində yerləşən Afrika İttifaqının və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının mənzil qərargahlarında Afrika İttifaqının sədri və komissarları ilə görüşləri nəzərdə tutulub.

XS
SM
MD
LG