Accessibility links

"Respublikaçı Alternativ" (ReAl) Hərəkatı eyni adlı partiyanın təsis qurultayının keçirilməsi üçün yer verilməsi xahişi ilə Bakı şəhər İcra Hakimiyyətinə yenidən, üçüncü dəfə müraciət edib. Müraciət qurultayın keçirilməsi üzrə təşəbbüs qrupu adından göndərilib.

Hərəkat təklif olunan təqvim günlərindən birində - 18, 19, 25, 26 noyabr və ya 2, 3 dekabr tarixlərində 400 nəfərlik zal verilməsini xahiş edir.

Bundan əvvəl ReAl artıq iki dəfə qurultay keçirilməsi üçün yer ayrılması xahişilə müraciət edib, amma şəhər hakimiyyəti rədd cavabı verib.

Mehmanxana-biznes mərkəzləri konfrans zallarını ReAl-a verməkdən imtina edir.

ReAl 2009-cu ildə yaranıb və bir şəxsin ölkə prezidenti vəzifəsində iki müddətdən artıq qalmasına etiraz edib. Hərəkatın lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı rayonunda iğtişaşların təşkili ittihamı ilə həbs edilib və 7 il müddətinə azadlıqdan məhrum edilib. İlqar Məmmədov ittihamsı isyasi sifariş hesab edir.

Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsinin qanunsuz və siyasi motivli olduğunu hesab edib və onun dərhal azad edilməsi haqqında qərar verib. Strasburq Məhkəməsinin bu qərarı 2014-cü ilin mayında qəbul edilib, amma bu günə qədər icra olunmayıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG