Accessibility links

Rusiya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsindən danışıb


Sergey Lavrov və Edvard Nalbandyan
Sergey Lavrov və Edvard Nalbandyan

"Azərbaycan əldə olunan razılaşmalardan kənara çəkilir və danışıqları əsas prinsiplər üzrə aparmaq istəmir. Məhz buna görə də Qarabağ nizamlanmasına nail olmaq mümkün deyil", Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Rusiya xarici işlər naziri Sergey Lavrov ilə birgə keçirdiyi mətbuat konfransında danışıqların nəticəsiz qalmasının səbəbləri barədə sualın cavabında deyib.

O, Bakını 2011-ci ildən başlayaraq yüksək səviyyədə qəbul edilmiş razılaşmaları yerinə yetirməməkdə ittiham edib.

"Kazan, Soçi, Sankt-Peterburq, Vyana və digər yerlərdə konkret razılaşmaya nail olduq. Ancaq Bakıya döndükdən sonra Azərbaycan tərəfi öz sözlərindən imtina etdi", o vurğulayıb.

Edvard Nalbandyan həmçinin erməni qoşunların işğal olunmuş ərazilərdən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə bağlı Bakının ittihamlarını qəbul etməyib.

"Qətnamələr hərbi əməliyyatların dayandırılması məqsədilə qəbil edilib, ancaq hər dəfə Bakı onların icrasını pozub", o bildirib.

Sonra Nalbandyan dekabrda Vyanada iki ölkə prezidentinin görüşü barədə razılığın olmasını inkar edib: "Hələlik belə razılıq yoxdur və bu görüşün keçirilməsi müzakirə olunmur".

Öz növbəsində Lavrov iki gün öncə Bakıda söylədiyi fikirləri təkrarlayıb: "Nizamlanmaya dair variantlar masanın üzərindədir. Onlar ümumi paketdədir, bir-birindən ayırmaq olmaz".

"Məndə böyük optimizm yoxdur, ancaq danışıqları davam etdirmək lazımdır", Lavrov vurğulayıb.

XS
SM
MD
LG