Accessibility links

Emin Hüseynov: Avropa Şurası Azərbaycanla bağlı yetərli işlər görmür [Video-müsahibə]


Emin Hüseynov: Avropa Şurası Azərbaycanla bağlı yetərli işlər görmür
please wait

No media source currently available

0:00 0:03:00 0:00

RATİ-nin baş direktoru Amerikanın Səsinə müsahibəsində insan hüquqlarının durumundan danışıb

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) baş direktoru Emin Hüseynov Amerikanın Səsinə müsahibəsində Avropa Şurası və digər beynəlxalq təşkilatların Azərbaycanda insan hüquqları ilə bağlı apardığı işlərdən danışıb. Emin Hüseynov hazırda Strasburqda AŞPA-nın qış sessiyası zamanı tədbirlər keçirir.

Amerikanın Səsi: Avropa Şurası Parlament Assamleyasının (AŞPA) qış sessiyası zamanı Azərbaycanda insan hüquqları ilə bağlı hansı tədbirlərdə iştirak edibsiniz?

Emin Hüseynov: Burada bir neçə tədbirdə Azərbaycandan olan məruzəçi kimi çıxış etmişəm. Azərbaycanda olan siyasi məhbus problemlərini, jurnalistlərin təhlükəsizliyi ilə bağlı son neqativ halları və internet azadlığının getdikcə məhdudlaşdırılması barədə fikirləri diqqətə çatdırmışam.

Amerikanın Səsi: Qardaşınız Mehman Hüseynov, həbsdə olan digər jurnalist və blogerlərin hüquqlarının müdafiəsi baxımından Avropa Şurasının apardığı işlər yetərlidirmi? Avropa Şurası və beynəlxalq ictimaiyyət Azərbaycanda söz və media azadlığının imkişafı ilə bağlı daha hansı işlər görməlidir?

Azərbaycan üzərinə götürdüyü öhdəlikləri illərlə yerinə yetirmədiyi bir halda onlar daha çevik və sərt tədbirlər görməlidirlər.

Emin Hüseynov: Hesab edirəm ki, Avropa Şurası institutları, - istər baş katib, istərsə insan haqları komissarı, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsi və Nazirlər Komitəsi Azərbaycanla bağlı yetərli işlər görmür. Bu birmənalıdır. Amma, daha çox işlər görə bilərdilər və görməli idilər. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri illərlə yerinə yetirmədiyi bir halda onlar daha çevik və sərt tədbirlər görməlidirlər. Düzdür, son zamanlar artıq baş katib tərəfindən yeni presedenti olmayan prosedura başlanıb. Amma, burada da biz görürük ki, bəzən yumşaqlıqlar olur, məsələn dünən baş katib bizi o qədər də qane etməyən çıxış edib. Yəni, birmənalı olmayıb. Bu baxımdan hesab edirik ki, işlərini çox ciddi şəkildə aktivləşdirməlidirlər.

Amerikanın Səsi: Azərbaycanda sizin ofisinizin bağlanılması və rəhbərlik etdiyiniz RATİ-yə qarşı təhdidlərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edibsinizmi?

Emin Hüseynov: Hazırda Avropa İnsan Haqları Məhkəməsində bir neçə işimiz var. Avropa İnsan Haqları Məhkəməsində əsasən təşkilatımızın qapadılması ilə bağlı, mənim vətəndaşlığımın əlimdən alınması ilə bağlı, həm də təşkilatın hesabları və mülkiyyətinin qanunsuz olaraq müsadirə olunması ilə bağlı məhkəmə çəkişməsi artıq başlayıb, kommunikasiya gedir. Biz gözləyirik ki, gec-tez, yəni bir ilə, il yarıma qərar veriləcək.

XS
SM
MD
LG