Accessibility links

The National İnterest: Azərbaycan ABŞ üçün mühüm tərəfdaş olaraq qalır


İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin
İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin

Amerikanın The National İnterest nəşri reportyor Luk Koffinin Amerika-Azərbaycan münasibətlərinə həsr olunmuş məqaləsini dərc edib. (http://nationalinterest.org/feature/america-needs-strategic-partners-azerbaijan-24221?page=show)

"ABŞ-ın Azərbaycanla münasibətlərinin tarixi Birinci Dünya Müharibəsindən sonra keçirilmiş Paris Sülh Konfransına - qısa müddət mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyətinin ilk günlərinə gedib çıxır. Sülh Konfransında Azərbaycan nümayəndə heyəti ilə görüşdən bir neçə il sonra prezident Vudro Vilson San-Fransiskoda çıxışı zamanı deyib: “Və bir gün Azərbaycanlı centlmenlərdən ibarət çox ləyaqətli və maraqlı qrupla görüşdüm. Mən ideyalarla, azadlıq konsepsiyası ilə, hüquq və ədalətlə bağlı mənimlə eyni dildə danışan insanlarla söhbət edirdim", müəllif qeyd edir.

O vaxtdan dünyada çox şey dəyişib, amma Azərbaycan bir sıra səbəblərdən Birləşmiş Ştatlar üçün mühüm tərəfdaş olaraq qalır, məqalədə bildirilir.

Bu yaxınlarda o, Əfqanıstanda hərbiçilərinin sayını 120 nəfərə çatdırıb. Bu, o qədər də çox görünməyə bilər, amma 26 digər ölkənin, o cümlədən İspaniya, Niderland və Norveç kimi NATO üzvlərinin payından çoxdur.

"Təhlükəsizliyə gəlincə, Azərbaycan terrorizmlə mübarizəyə böyük töhfə verir. Bu yaxınlarda o, Əfqanıstanda hərbiçilərinin sayını 120 nəfərə çatdırıb. Bu, o qədər də çox görünməyə bilər, amma 26 digər ölkənin, o cümlədən İspaniya, Niderland və Norveç kimi NATO üzvlərinin payından çoxdur", Luka Koffi qeyd edir.

Azərbaycan diplomatik cəhətdən də çox faydalıdır. Yaxın gələcəkdə o, Amerika və Rusiya hərbi rəisləri arasında yüksək səviyyəli üçüncü görüşü keçirəcək. NATO-nun ali ittifaq komandiri, həmçinin Avropada ABŞ-ın ali hərbi komandanı general Kertis Skaparrotti Bakıda Rusiya Silahlı Qüvvələrinin qərargah rəisi, general Valeri Gerasimovla görüşəcək.

Bu cür görüşlər, ABŞ və Rusiya arasında münasibətlərin soyuqluğu nəzərə alındıqda, xüsusilə faydalıdır. Onlar Birləşmiş Ştatlar üçün hərbi səviyyədə məsələləri, məsələn, ABŞ-ın da, Rusiyanın da hərbi sahəyə cəlb edildiyi Suriyada bədbəxt hadisələrin qarşısını almağın yollarını müzakirə etmək üçün qeyri-siyasi imkanlar yaradır. Bu cür görüşlər Cənubi Qafqazlı bir müşahidəçi veteranın belə bir sualına səbəb olub: "Bakı yeni Qafqaz Cenevrəsidir?".

"Bakı yeni Qafqaz Cenevrəsidir?".

Azərbaycan daha bir geosiyasi məsələdə - İsrail məsələsində də ABŞ-ın etibarlı tərəfdaşıdır. Baxmayaraq ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan ölkədir, bu, sovet cəmiyyətidir və İsrailə çox sıx əlaqələri var. Azərbaycanın "Krasnaya Sloboda" şəhəri dünyada İsraildən kənarda yeganə yəhudi şəhəri hesab olunur. Azərbaycan həmçinin neftinin 40 faizini İsrailə ixrac edir.

Amerikanın Azərbaycanla iqtisadi və energetika sahəsində güclü əlaqələri var. Xəzər dənizində ən böyük liman, Bakı Avropa və Mərkəzi Asiya arasında göndərilən yüklər üçün nəqliyyat qovşağıdır.

Amerikanın energetika şirkətləri 1990-cı ildən Azərbaycanda neft və qaz hasilatı ilə məşğul olur. Avropa üçün Azərbaycan neft və qaz tədarükündə Rusiyanın mühüm alternatividir. Bu, Avropanın təhlükəsizliyini, bununla da, ABŞ-ın Aİ ilə ittifaqını nəzərə almaqla, onun da təhlükəsizliyini yaxşılaşdırır.

Avropa üçün Azərbaycan neft və qaz tədarükündə Rusiyanın mühüm alternatividir.

Düzdür, hələ çox şey etmək olar, amma Azərbaycan son iyirmi ildə öz iqtisadiyyatının liberallaşdırılmasında böyük irəliləyiş əldə edib. 1996-cı ildə, "İrs" fondu ilk dəfə ölkəni İqtisadi Azadlıq İndeksinə daxil edib. Azərbaycan iqtisadi azadlıq üzrə dünyada 134-cü yeri tutub. Ötən il indeksdə Azərbaycan 68-ci yerə, İspaniya, İtaliya və Fransadan önə yerləşib.

ABŞ və Azərbaycan arasında münasibətlərdə bəzi çətinliklər də qalmaqdadır. İnsan hüquqlarının pozulması daimi problemə çevrilib. Son illər bir sıra məşhur jurnalistlərin həbsi ilə əlaqədar mətbuat azadlığı ilə bağlı narahatlıq artıb.

Amma bu məsələ ilə bağlı problemlər həll edilə bilər. Bu yaxınlarda hökumət Turan müstəqil informasiya agentliyinin direktoru Mehman Əliyev barəsində bütün ittihamları ləğv edib. Ötən ilin yayında Əliyev ehtimal olunan vergi fırıldaqları ilə bağlı həbs edilmişdi.

Jurnalist azad edildikdən sonra tezliklə Azərbaycan prezidenti İlham Əliyev uzun müddət ölkənin vergilər naziri olan Fazil Məmmədovu vəzifədən azad edib. Azərbaycanda mətbuat azadlığının yaxşılaşdırılması üçün çox şey edilməlidir, amma Mehman Əliyevin azad edilməsi və vergilər nazirinin vəzifədən azad edilməsi doğru istiqamətdə mühüm addımlardır.

Azərbaycanda mətbuat azadlığının yaxşılaşdırılması üçün çox şey edilməlidir, amma Mehman Əliyevin azad edilməsi və vergilər nazirinin vəzifədən azad edilməsi doğru istiqamətdə mühüm addımlardır.

Və baxmayaraq ki, Amerika insan hüquqları məsələlərinin yaxşılaşdırılmasında israr etməyi davam etdirməlidir, ABŞ-da siyasəti planlaşdıranlar problemlərdən birinin ABŞ-ın regionda daha böyük maraqlarını sarsıdan birtərəfli xarici siyasət yaratmasına imkan verə bilmirlər.

Azərbaycan dünyada həm Rusiya ilə, həm də İranla sərhədi olan yeganə ölkədir. Azərbaycan qlobal miqyasda Qərb və Rusiya ilə münasibətləri arasında balansı qoruyub saxlamağa çalışır. Regional planda Azərbaycan Rusiya və İran arasında balansı qoruyub saxlamağa çalışıb, öz müstəqilliyini mümkün qədər çox qorumağa can atıb.

İqtisadi cəhətdən, həm də energetika sektorunda, xüsusən Azərbaycan mühüm regional oyunçu olmağa davam edəcək. ABŞ-da bu yaxınlarda keçirilən hərbi iclaslardan göründüyü kimi, o, Qərb və Şərq arasında ədalətli vasitəçi kimi mühüm rol oynayır. Amerikaya isə Azərbaycan kimi tərəfdaşlar lazımdır. Düzgün siyasət davam etdirilsə, ABŞ və Azərbaycan arasında münasibətlər hər iki ölkənin maraqlarına eyni cür xidmət edə bilər, Koffi qeyd edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG