Accessibility links

Elmar Məmmədyarov Türkmənistana gedib


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistan xarici işlər naziri Rəşid Meredov
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistan xarici işlər naziri Rəşid Meredov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistana rəsmi səfərə gedib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Nümayəndə heyətinin təkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yüksək səviyyəli təmsilçiləri daxildir.

Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov 2-3 aprel 2014-cü ildə Azərbaycan Respublikasında rəsmi səfərdə olub.

18-19 iyul 2017-ci ildə isə R.Meredov Bakı şəhərində keçirilən Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü çərçivəsində Azərbaycana səfər edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG