Accessibility links

ATƏT Qarabağ cəbhəsində müşahidə missiyasını gücləndirir


Azərbaycan və Ermənistan cəbhəsinin təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması Qarabağ münaqişəsinin nizamlanması prosesini sürətləndirəcək. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, İtaliya XİN rəhbəri Ancelino Alfano Moskvada mətbuat konfransında bildirib.

"Münaqişə zonasında ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi münaqişəyə nə verəcək?" sualının cavabında o deyib ki, təşkilati dəstəyin istənilən forması qarşıya qoyulan məqsədə çatmaqda faydalıdır. "Məhz buna də görə hesab edirik ki, bu, mühüm və müsbət addımdır", - o qeyd edib.

Öz növbəsində RF XİN rəhbəri Sergey Lavrov deyib ki, ən çox söhbət təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılmasından gedir, nəinki ATƏT-in xüsusi nümayəndəsinin ofisinin genişləndirilməsindən.

Onun sözlərinə görə, bu təşəbbüs hələ 2010-cu ildə irəli sürülüb. Ancaq 2016-cı ilin aprelində təmas xəttində baş vermiş "məlum insident"dən sonra 2016-cı ilin iyununda Sankt-Peterburqda ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə təmas xəttində ATƏT müşahidəçilərinin sayına bir neçə nəfərin (altı-yeddi) əlavə edilməsi barədə razılıq əldə olunub.

Hazırda tərəflər bu saziş üzrə konkret parametrlərin razılaşdırılmasına yaxındır.

"Müşahidəçilərin sayının artırılmasının münaqişənin uzadılmasına səbəb olacağı və siyasi nizamlanma üzrə stimuldan məhrum edəcəyilə bağlı şübhələrin olduğunu eşidirəm", - S.Lavrov qeyd edib. O deyib ki, istənilən nizamlanma prosesi özündə paralel olaraq hərtərəfli hərəkətləri birləşdirməlidir. Bura təhlükəsizliyin möhkəmləndirilməsi və siyasi nizamlanma üzrə addımlar da daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Türkiyədə yanğınlar 3-cü gündür davam edir
please wait

No media source currently available

0:00 0:10:32 0:00

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG