Accessibility links

Növbədənkənar prezident seçkiləri-siyasi baxışlar [Audio-Müsahibələr]


Prezident İlham Əliyev aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Prezidentin bu qərarı gözlənilməz olub. Çünki bir neçə həftə əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov konstitusiyada nəzərdə tutulduğu kimi, seçkilərin oktyabrın 17-də keçiriləcəyini bildirib.

Prezidentin sərəncamı siyasi partiya rəhbərləri və prezidentliyə namizəd olacağını bildirmiş şəxslər tərəfindən birmənalı qarşılanmayıb.

Amerikanın Səsi növbədənkənar prezident seçkiləri ilə bağlı siyasi partiya liderlərinin, deputatların, rəsmi şəxslərin mövqelərini təqdim edir:

Həmkarlar İttifaqları Konfederasiyasının qurultayı İlham Əliyevin namizədliyini irəli sürüb.

Prezidentin sərancamı elan edilən zaman, yəni bu gün açılan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında növbədənkənar prezident seçkilərində İlham Əliyevin yenidən prezidentliyə namizədliyi irəli sürülüb və qurultay nümayəndələri adından Əliyevə müraciət qəbul olunub.

Əli Həsənov
Əli Həsənov

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu, həmkarlar ittifaqları qarşısında növbəti vəzifə qoyur.

"Mən bilirəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultaylarında ənənəvi olaraq prezident İlham Əliyevin yenidən prezidentliyə namizədliyi irəli sürülür. Sizin hamınızı növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə çağırıram. Siz həmişə İlham Əliyevi dəstəkləmisiniz və bu dəfə də öz sözünüzü deyəcəksiniz", o qeyd edib.

Cəmil Həsənli: Növbədənkənar prezident seçkiləri keçirilməsinə heç bir ehtiyac yoxdur.

Cəmil Həsənli
Cəmil Həsənli

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində növbədənkənar prezident seçkilərinin elan edilməsini hakimiyyətin əldə saxlanılması üçün cəhd kimi qiymətləndirib.

Milli Şuranın sədri Cəmil Həsənlinin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:35 0:00

“Növbədənkənar prezident seçkilərinin elan edilməsinə münasibətim yaxşı deyil. Bunun arxasında hakimiyyətin hansısa niyyətləri dayanır. Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilməsinə heç bir ehtiyac yoxdur. Bir müddət əvvəl, təxminən üç həftə əvvəl Azərbaycanda prezident seçkilərinin oktyabrın 17-də keçirilməsi barədə rəsmi açıqlama verilmişdi. Prezident seçkilərinin vaxtının əvvələ çəkilməsi hakimiyyətin hansısa niyyətlərindən xəbər verir. Bu, təhlil edilməlidir və bunun səbəbləri araşdırılmalıdır. İndi mən bunun nə ilə bağlı olduğunu dəqiq deyə bilmərəm. Amma bütün hallarda bunun səbəbi ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması, hakimiyyətin onsuz da olmayan nüfuzunun artıq hər ay deyil, hər həftə düşməsi və eyni zamanda tələsik nəzarətində olan Mərkəzi Seçki Komissiyasının vasitəsi ilə seçki keçirib hakimiyyəti növbəti yeddi il ərzində ailənin nəzarətində saxlamaqdır”.

O, Milli Şuranın sərəncamı müzakirə etdikdən sonra növbədənkanar prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə məlumat verəcəyini bildirib.

İsa Qəmbər: Azərbaycan cəmiyyəti prinsipial reaksiya verməlidir.

İsa Qəmbər
İsa Qəmbər

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının prezident seçkilərində namizədi İsa Qəmbər hesab edir ki, bu qərar hakimiyyətin vəziyyətin ağırlığını dərk etməsindən irəli gəlir.

Milli Strateji Düşüncə Mərkəsinin rəhbəri İsa Qəmbərin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:34 0:00

O, Amerikanın Səsinə müsahibəsində bildirib ki, açıq-aydın görünür ki, rejim vəziyyətin ağırlığını dərk edir.

“Başa düşürlər ki, əgər konstitusiyada nəzərdə tutulan müddəti gözləsələr, seçki keçirmək üçün bu ilin oktyabr ayını gözləsələr, həmin dövrdə cəmiyyətdə sosial-iqtisadi və siyasi narazılıq bugünkündən qat-qat çox olacaq. Seçkiləri saxtalaşdırmaq və saxta üsullarla, zorakı yollarla hakimiyyətdə qalmaq daha da çətinləşəcək. Bir tərəfdən böhranın dərinləşməsi və hakimiyyətin böhrana qarşı düzgün vasitələr və üsullar seçə bilməməsi, digər tərəfdən cəmiyyətdə narazılıqların artması, üçüncü tərəfdən də beynəlxalq birliyin, qərbin sistemli fəaliyyəti nəticəsində Rusiyada Putin rejiminin vəziyyətinin ağırlaşması Azərbaycandakı hakim rejimin də vəziyyətinin ağırlaşmasına gətirib çıxarır. Ona görə də tələsirlər və tələm-tələsik saxta prezident seçkiləri keçirib hakimiyyətlərini uzatmağa cəhd göstərirlər. Təbii ki, Azərbaycanın demokratik qüvvələri, aparıcı siyasi təşkilatları, bütövlükdə Azərbaycan cəmiyyəti bu məsələyə prinsipial reaksiya verməlidir”.

İsa Qəmbər növədənkənar prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı sualın cavabında deyib ki, onun namizədliyi qüvvədədir.

“Mənim prezidentliyə namizədliyim 2014-cü ilin sentyabrında Müsavat Partiyasının 8-ci qurultayında irəli sürülüb. Ona görə namizədliyim qüvvədədir. Konkret detallarla bağlı müzakirələr aparacağıq”, o qeyd edib.

Arif Hacılı: Ziddiyyətlərə görə seçkini qısa zamanda keçirmək istəyirlər.

Arif Hacılı
Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, dövlət başçısı İlham Əliyev seçki adlı əməliyyatla hakimiyyət müddərini daha 7 il uzatmaq istəyir.

“Bu qərar həm də müxalifət qüvvələrinin prezident seçkilərinə hazırlaşmaq üçün lazım gələn zamanı əlindən alması, hazırlaşmaq üçün kifayət qədər vaxt verilməməsi deməkdir. Buna səbəb hakimiyyət daxilindəki ziddiyyətlərdir, bu ziddiyyətlərə görə, seçkini qısa bir zamanda keçirmək istəyirlər”, o qeyd edib.

Mirmahmud Mirəlioğlu: Bu, kritik vəziyyətin göstəricisidir.

Mirmahmud Mirəlioğlu
Mirmahmud Mirəlioğlu

Klassik Xalq Cəbhəsi Partiyasının sədri, partiyanın prezidentliyə namizədi Mirmahmud Mirəlioğlu Amerikanın Səsinə növbədənkənar seçki məsələsini partiyasının dəyərləndirəcəyini bildirib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:00 0:00

“Konkret olaraq bu addımın atılması hakimiyyətin daxilində fövqəladə narahatlığın və kritik bir vəziyyətin olduğunun göstəricisidir. Biz ehtimallarla danışa bilmərik, yəqin ki, onun da izahını verəcəklər. Amma heç bir izah bu məsələnin mahiyyətini aça bilməyəcək”.

O, seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı sualın cavabında deyib ki, situasiyanı dəyərləndirəcək.

“Bir həftə əvvəl seçkilərdə iştirakla bağlı addım atmışıq. Yəqin ki, hakimiyyət namizədlərin çox olmasından əndişələnib. Ola bilsin ki, daxildə başqa məsələlər var, onu bilmirik”, Mirəlioğlu qeyd edib.

Hafiz Hacıyev: Seçkiləri oktyabr ayında gözləyirdik.

Hafiz Hacıyev
Hafiz Hacıyev

Müasir Müsvat Partiyasının sədri Haviz Hacıyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, növbədənkənar prezident seçkilərində iştirak edəcək.

“Partiyanın siyasi şurasında mənim namizədliyim irəli sürüləcək”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:08 0:00

O, növbədənkənar prezident seçkilərinin elan edilməsinə də münasibət bildirib.

“Biz seçkiləri oktyabr ayında gözləyirdik. Növbədənkənar seçkilərin elan edilməsinin hansı zərurətdən irəli gəldiyini hələ dəqiq bilmirik. Təbii ki, qərar, fərman verilibsə biz çalışacağıq ki, iştirak edək. Biz Azərbaycan Respublikasının qanunları ilə işləyirik. Amma seçkilərin bu tezliklə olmasını biz gözləmirdik və hazırlığımızı payız aylarına saxlamışdıq. Hər halda hansısa zərurətdən irəli gəlib, yəqin ki, ölkə rəhbəri bilir və seçkilərin irəli çəkilməsini zəruri hesab edib”, o qeyd edib.

Əli Kərimli: Ata və oğul 45 ildir ölkəyə rəhbərlik edir.

Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərarı pisləyib.

Onun sözlərinə görə, müxalifət İ.Əliyevin 4-cü dəfə prezidentliyə namizədliyini irəli sürməsilə bağlı planını tənqid edib.

"Faktiki olaraq 45 ildir ki, ata və oğul ölkəyə rəhbərlik edirlər və bu da respublika prinsiplərinə ziddir. İlham Əliyev bilirdi ki, oktyabra qədər müxalifət seçkilərin saxtalaşdırılmasına qarşı uzunmüddətli kampaniya hazırlayacaq. Ona görə də seçkilərin vaxtını dəyişdirdi ki, şəffaf və demokratik seçkilərin keçirilməsi ilə bağlı müxalifətin etirazlarının və tələblərinin qarşısını alsın. İ.Əliyev istəmir ki, seçkiqabağı dövr uzun olsun, ona görə də bunu qısaltdı", Ə.Kərimli deyib.

Zahid Oruc: Bu qərarda fövqəladə heç nə yoxdur.

Zahid Oruc
Zahid Oruc

“Növbədənkənar preizdent seçkiləri dünya təcrübəsində də var, odur ki, burada hər hansı fövqəladə bir durum yoxdur”. Deputat Zahid Oruc növbədənkənar seçkiləri belə dəyərləndirib.

O, artıq Azərbaycanda 25 ildir ki, hakimyyətin seçkilər vasitəsilə formalaşmasını əsas gətirməklə ölkədə hər hansı fövqəladə hal olmadığını bildirib.

“Amma. 2016-cı ildə konstitusiyaya dəyişkliklərlə bağlı prezidentlik müddətinin 7 ilə artırılması bəyənildi, odur ki, bu qərar daha çox konstitusiya tələbi kimi ortaya çıxır”.

Z.Oruc seçkilərin irəli çəkilməsinin müxalifət qüvvələrini seçkilərə hazırlıqsız yaxalamaq kimi nüans olmadığını deyib.

“Guya seçkilər indi yox, oktyabrda keçirilsə idi, müxalifət buna xüsusi hazırlıq edəcəkdi? Arxasında miylonlarla seçici yox, 100 milyonlarla vəsait yox odur ki, müxalifətin seçkidə məğlubiyyətinin səbəbi başqa nöqtədir, seçki hazırlığında deyil”, o qeyd edib.

Natiq Cəfərli: Seçkilərin önə alınması həm də İlqar Məmmədovla bağlıdır.

Natiq Cəfərli
Natiq Cəfərli

Respublikaçı Alternaitv Hərəkatının icra katibi Natiq Cəfərli növbədənkənar prezident seşkilərinin təyin olunmasının səbəbləri barədə bunları deyib:

Texniki səbəb odur ki, indi prezident 7 illik seçiləcək, növbəti seçkilər (fors-major olmasa) 2025-ci ilin payızında, parlament seçkiləri ilə 3 həftə ara ilə keçirilməli idi. Seçkilər üst-üstə düşməsin deyə, ya prezident, ya parlament seçkilərinin vaxtı dəyişdirilməli idi. Bu, vacib olmayan, amma texniki səbəbdir.

Keçək əsas siyasi-iqtisadi səbəblərə:

1) Bu il martın 18-də Rusiyada prezident seçkiləridir. Avropanın, dünyanın diqqəti, əsasən bu seçkilərə yönələcək. Doğrudur, Rusiyada seçki institutu elə bizdəki kimi yoxdur, amma orada daha dinamik proseslər ola bilər. Seçkidən sonra səslərin sayılması, MSK və Məhkəmə tərəfindən təsdiqi 15-20 gün çəkir, bu da aprelin əvvəli deməkdir. Yəni, Avropa və dünyanın başı Rusiyaya qarışan zaman Azərbaycanda sakitcə seçkini rəsmiləşdirməyi düşünürlər.

2) Rusiyaya qarşı sanksiyalar 18 mart seçkilərindən sonra daha da sərtləşəcək, həm fərdi, həm sektorlar üzrə daha sərt addımlar ola bilər. Rusiyanı hətta SWIFT-dən də kənarlaşdıra bilərlər. Neft qiymətlərində isə “kəfkir qanunu” işə düşür, yaxın həftələrdə qiymətdə ciddi enmələr olacaq. Qısası, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi, neft qiymətlərində oynamalar Azərbaycana da ciddi təsir göstərir. Son zamanlar ölkə iqtisadiyyatında çox zəif müsbət dinamikanın olmasının 2 səbəbi var idi: Neft bahalaşdı, Rusiyadan soydaşlarımızın öz ailələrinə göndərdikləri vəsait artdı. İndi hər iki pozitiv təsir edən amildə pisləşmə gözlənilir, bu da iqtisadiyyatımızda növbəti böhran dalğaları gətirə bilər. Hökumət də bu dalğalardan öncə seçkiləri bitirib, rəsmiləşdirib rahat olmaq, daha rahat addımlar atmaq istəyir. Seçkilərin aprelə keçirilməsinin həm də ciddi iqtisadi səbəblərlə, pis gözləntilərə bağlıdır.

Çox güman Baş Nazir və müavinləri dəyişdiriləcək, “de jure” indiki prezident qalsa da, “de facto” idarəçilik birinci vitse-prezidentə ötürülməyə başlanacaq.

3) İdarəetmədə mənasız paralellik və bir-birlərinə mane olan strukturlar yaranıb, artıq idarəolunmaz hall alıb. Tələsik prezident seçkilərini rəsmiləşdirdikdən sonra iradəetmədəki paralellik aradan qaldırılmalıdır. Ya Nazirlər Kabineti tam ləğv olunmalı (bunun üçün qanunlarda dəyişikliklər edilməlidir), ya da vitse-prezidentlik institutlarından imtina edilməli, Nazirlər Kabineti gücləndirilməlidir. Çox güman Baş Nazir və müavinləri dəyişdiriləcək, “de jure” indiki prezident qalsa da, “de facto” idarəçilik birinci vitse-prezidentə ötürülməyə başlanacaq.

4) Nəhayət, seçkilərin önə alınması həm də İlqar Məmmədovla bağlıdır, bu qərardan sonra İlqarın tezliklə azad olunacağına ümidlər artıb. Faktiki olaraq İlqarla seçkilərdə üzbəüz gəlmək istəməyən hökumət, seçkiləri irəli alaraq İlqarın iştirakını, təəssüf ki, mümkünsüz edir, amma azadlığa çıxmasını sürətləndirir. Ölkə tarixində ilk dəfədir ki, bir nəfərə görə seçkinin vaxtını dəyişməyə məcbur olurlar. Gələcək tarix kitablarında bu hadisə mütləq qeyd olunacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG