Accessibility links

ABŞ məcburi köçkün gənclərə karyera bacarıqlarını artırmaqda dəstək göstərir


ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta

Fevralın 13-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və Kürdəmir rayonu icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Kürdəmir və Füzuli rayonlarından 40 məcburi köçkün gənc üçün Kürdəmir Karyera Gününün açılışını edib.

Açılışda həmçinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də iştirak edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfir Robert Sekuta Karyera Gününün gənc iştirakçıları ilə bir araya gələrək onların arzularını öyrənib.

ABŞ Səfirliyinin əməkdaşları və Kürdəmir Amerika Guşəsi tədbirdə səfirliyin “Maker Space”-inə aid 3D printerlər və robotlar kimi ən son texnoloji alətlər təqdim edib. Həmçinin, tələbələr üçün karyera inkişafı resursları, ABŞ-da mübadilə və təhsil imkanları mövzusunda təqdimatlar keçirilib.

Səfir Sekuta ABŞ səfirliyinin azərbaycanlılara yeni imkanlar və güclü karyeralar qurmaqda göstərdiyi səylərinin bir hissəsi kimi ABŞ-ın Azərbaycandakı məcburi köçkünlərə olan uzunmüddətli öhdəliyini vurğulayıb.

“1991-ci ildən ABŞ Azərbaycana 1,3 milyard dollardan çox yardım göstərib, bunun 125 milyon dolları məcburi köçkünlərə ayırılıb”, səfir qeyd edib.

Amerika Guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika Guşələri də daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG