Accessibility links

Milli Platforma jurnalistin əfv olunması xahişi ilə prezidentə müraciət edib


Əziz Orucov

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması prezidnet İlham Əliyevə və Əvf Komissiyasına müraciət edərək Kanal 13 İnternet televizyasının icraçı direktoru Əziz Orucovun növbəti əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsini çəkməkdən azad edilməsi barədə müraciət edib. Bu barədə Milli Platformanın məlumatında deyilir.

Əziz Orucov 2017-c il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası verib. İyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində jurnalistə qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. 15 dekabr 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun üzv təşkilatı olan Qafqaz Media Tədqiqatları Mərkəzinin İdarə Heyətinin üzvü Əziz Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.

“Əziz Orucov barədə çıxarılmış bu hökm Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam ilə bəyan etdiyi yeni hüquq islahatları siyasəti ilə uzlaşmır”, Milli Platforma belə hesab edir.

Müraciətdə vurğulanır ki, Qafqaz Media Tədqiqatları Mərkəzi İdarə Heyətinin üzvü Əziz Orucov barəsində başlanmış cinayət işi və çıxarılmış itihamedici məhkəmə hökmü Şərq Tərəfdaşlığı Proqramında iştirak edən vətəndaş cəmiyyəti təşkilatları və onların nümayəndələrinin azad fəaliyyəti üçün əlverişsiz mühit yaratmaqla bərabər, Azərbaycan və Avropa İttifaqı arasında mövcud münasibətlərin ruhuna da kölgə salmaqdadır.

XS
SM
MD
LG