Accessibility links

Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin rəsmisinin fikirlərini qəbul etmir


Rusiya XİN
Rusiya XİN

Prezident İlham Əliyevin hakim partiyanın qurultayında səsləndirdiyi fikirlər gərginliyin azalmasına şərait yaratmır. Bu barədə Rusiya Xarici İşlər Nnazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova fevralın 15-də keçirilən brifinqdə Əliyevin Yerevan və Zəngəzurun tarixi Azərbaycan əraziləri olduğu və tarixi torpaqların qaytarılmasının Azərbaycanın strateji hədəfi olduğu barədə bəyanatını şərh edərkən bildirib.

"Moskvada, əlbəttə ki, Azərbaycan prezidenti İlham Əliyevin hakim partiyanın qurultayındakı çıxışı haqqında məlumatları görüblər. Yaxşı bilirik ki, Azərbaycanın qonşu Ermənistanla münasibətləri həddindən artıq gərgindir. Sözügedən ifadə açıq-aşkar gərginliyin azalmasına şərait yaratmır", Zaxarova bildirib.

Bu şərh Bakının cavab reaksiyasına səbəb olub və fevralın 16-da Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib ki, Zaxarovanın sözləri Bakıda "anlaşılmazlıq" doğurub.

“Ölkələrimiz arasında strateji tərəfdaşlığı nəzərə alaraq, dövlət başçısının bəyanatına bu cür münasibəti yanlış hesab edirik", Hacıyev bildirib.

"Azərbaycan prezidenti tarixi torpaqların qaytarılmasından deyil, azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmasından danışıb", Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində bildirilir.

XS
SM
MD
LG