Accessibility links

Siyasi fəalın atası azad buraxılıb [Əlövsət Sadıqlı ilə müsahibə]


Əlövsət Sadıqlı (Foto Əlövsət Sadıqlının Facebook səhifəsindən götürülüb)
Əlövsət Sadıqlı (Foto Əlövsət Sadıqlının Facebook səhifəsindən götürülüb)

Əlövsət Sadıqlı ilə oğlunun çıxışları barədə söhbət aparılıb

Almaniyada mühacirətdə olan siyasi fəal Tural Sadıqlının fevralın 18-də axşam saatlarında saxlanılan atası Əlövsət Sadıqlı fevralın 19-da azad edilib. Bu barədə Əlövsət Sadıqlı Amerikanın Səsinə müsahibəsində bildirib.

Əlövsət Sadıqlının Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Tural Sadıqlı Azərbaycanın yüksək vəzifəli rəsmilərini kəskin tənqidləri ilə tanınır. O, həmçinin Avropa ölkələrində Azərbaycan iqtidarına qarşı keçirilən etiraz aksiyalarının fəal iştirakçılarındandır.

Əlövsət Sadıqlının sözlərinə görə, o, fevralın 18-də Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Saxlanmağımın səbəbi mühacirətdə olan oğlum Tural Sadıqlının tənqidi çıxışları, statusları, video yayımları ilə bağlı idi. Həm 12-ci Polis Bölməsində, həm də Sabunçu rayon Polis İdarəsində oğlumun fəaliyyətinin dövlətin əleyhinə olduğu barədə dedilər. Mən dedim ki, hökumətin əleyhinə, idarəçilik mexanizmi ilə bağlı tənqidi çıxışları ola bilər, amma dövlətin əleyhinə heç zaman çıxış edə bilməz. Dövləti biz qurmuşuq, qurduğumuz dövlətə qarşı çıxa bilmərik" , o qeyd edib.

Əlövsət Sadıqlı qonşusunun da saxlanıldığını və sonradan azad buraxıldığını bildirib.

Tural Sadıqlının qardaşı və atası 2015-ci ildə də saxlanılıb. O, ailəsinə qarşı təzyiqlərin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

“2015-ci ildə yanvarın 21-də İlham Əliyevlə Almaniya kansleri Angele Merkelin görüşü zamanı bizim etiraz aksiyamızdan bir neçə həftə sonra fevralın 13-də atam və qardaşım Elgiz həbs edildi. Qardaşıma verilmiş iki illik həbs sonradan apellyasiya məhkəməsinin qərarı ilə şərti cəza hesab edilərək azadlığa buraxıldı. Ondan sonra ailə üzvlərimizə ara-sıra təzyiqlər, təhdidlər olurdu. İndi isə mühacirətdə olan digər siyasi fəalların ailə üzvlərinə qarşı edilən repressiya dalğası mənim ailə üzvlərimə qarşı da yönəlib”, Tural Sadıqlı Amerikanın Səsinə bildirib.

Rəsmi qurumlar siyasi fəalın atasının saxlanılmasının səbəbləri ilə bağlı hələ hər hansı məlumat verməyib.

XS
SM
MD
LG