Accessibility links

Brok Birman: Azərbaycanda USAİD-in fəaliyyəti üçün qapılar açıq deyil [Video]


Brok Birman

USAİD rəsmisi Azərbaycanla bu qurumun arasındakı ziddiyyətlərdən danışıb

“Azərbaycanla USAİD arasında uzunmüddətli tərəfdaşlıq var idi. Bununla yanaşı onu da qeyd etmək istəyirəm ki, son bir neçə il ərzində bizim aramızda, USAİD təşkilatının Azərbaycanda işinə maneçilik törədən müəyyən məsələlər gündəmə çıxıb. Bu məsələlər, ziddiyyətlər bizim aramızda olan ikitərəfli yardım sazişinə ziddiyyət təşkil edir.

Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Brok Birman Azərbaycana üçgünlük səfərinin yekunları ilə bağlı fevralın 28-də keçirdiyi mətbuat konfransında bildirib.

Brok Birman: Azərbaycanda USAİD-in fəaliyyəti üçün qapılar açıq deyil
please wait

No media source currently available

0:00 0:03:13 0:00

O deyib ki, Azərbaycan hökumətinin nümayəndələri ilə çox açıq və səmimi şəkildə keçirilən görüşlər zamanı öz fikrini bildirib.

“Sözügedən çətinliklər və məsələlərin aradan qaldırlmasını gözləyirəm. Yeri gəlmişkən onu da nəzərinizə çatdırmaq istərdim ki, sözügedən görüşlər zamanı mənə maneələrin aradan qaldırılmasına dair zəmanətlər verilmişdi. Bu gün sizinlə görüşə gəlməmişdən öncə çox inanmaq istərdim ki, sizə müsbət bir ismarıc çatdıra bilim. Amma, çox əfsuslar olsun ki, ümumiyyətlə hiss etdim ki, hər hansı bir irəliləyiş olmayıb və problemlər öz yerində qalıb. Ümumiyyətlə biz Azərbaycanda iqtisadi inkişaf istiqamətində həyata keçirdiyimiz iş baxımından müsbət ismarıc çatdırmaqda uğur qazana bilməyəcəyik”, USAİD-in rəsmisi media nümayəndələrinə deyib.

Brok Birman Amerikanın Səsinin bundan sonra USAİD ilə Azərbaycan arasındakı əməkdaşlığın necə olacağı və Azərbaycanla əsas mübahisə doğuran məsələnin nə olması ilə bağlı suallarının cavabında deyib ki, Azərbaycana səfəri zamanı müxtəlif nazirliklərin təmsilçiləri ilə görüş imkanı əldə edib.

“Ədliyyə, kənd təsərrüfatı, vergilər nazirliklərində görüşlər keçirdim. Görüşlər əsnasında müəyyən məsələlərin həll olunması istiqamətində onların yardımını istədik. Bu məsələlər bizim tərfdaşlarımızın qeydiyyatı və vergilərin ödənilməsinə dair olan məsələlər idi. Əfsuslar olsun ki, bu məsələlərdə bizə yardım olunmadı”.

Mənə elə gəlir ki, hökumət çox açıq olan bir ismarıc göndərir. Yəni, bu ismarıc, çox sağ olun, eyni zamanada da çox sağ olmayın ismarıcı kimi səslənir.

O Amerikanın Səsinin USAİD Azərbaycana hansı istiqamətlər üzrə yardım etmək istəyir ki,- məsələn demokratiya, insan haqları, vətəndaş cəmiyyəti və sairə, -razılıq əldə olunmur? sualının cavabında deyib.

“Əslində mənə aydın oldu ki, burada iqtisadi inkişaf istiqamətində bizim fəaliyyət göstərməyimiz üçün ümumiyyətlə qapılar açıq deyil. Bu kimi ismarıcı mən Vaşinqtona da, bizim tərfdaşlara da, özəl sektorun nümayəndələrinə də çatdıracam. Mənə elə gəlir ki, hökumət çox açıq olan bir ismarıc göndərir. Yəni, bu ismarıc, çox sağ olun, eyni zamanada da çox sağ olmayın ismarıcı kimi səslənir”.

Brok Birman “USAİD əlaqələrin normallaşması üçün Azərbaycandan hansı addımları gözləyir?” sualının cavabında bildirib.

“Bizim tərəfdaşı qeydiyyatdan keçirməli və vergilər sahəsində olan mübahisəli məsələləri həll etməlidir”.

“USAİD-in gələn il üçün Azərbaycanda fəaliyyəti necə olacaq, fəaliyyəti dayandırıla bilrəmi?” O bu sualın cavabında deyib ki, bu gün Xaçmaza səfər edib.

“Müsbət ismarıcım o ola bilər ki, orada müxtəlif insanlarla rastlaşdım. Onlar fermerlər idi, öz sahələrində işləyirdilər. Kənd təsərrüfatı sahəsində inkişafa nail olurlar. Digər icmalarla görüşdüm ki, onlar öz iqtisadiyyatının, öz həyatlarının inkişafı sahəsində fəaliyyətlər göstərirdi. Müxtəlif icmalarda görüşlər keçirdim. Bir icma var idi ki, təhsil sahəsində imkanlarını, məktəb şəraitini yaxşılaşdırırdı. Bizimlə Azərbaycan arasında həll olunmamış qetri-müəyyənliklər sayəsində məhz bizneslər və uşaqlar əziyyət çəkir”, USAİD rəsmisi qeyd edib.

XS
SM
MD
LG