Accessibility links

Müsavat Partiyasının icra aparatının rəhbəri polisə aparılıb [Audio-Müsahibə]


Gülağa Aslanlı
Gülağa Aslanlı

Onunla söhbət aparılıb və azad buraxılıb

Müsavat Partiyası icra aparatının rəhbəri Gülağa Aslanlı martın 7-də Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. O dünən Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində sorğu-sual edilmişdi.

Müsavat Partiyası icra aparatının rəhbəri Gülağa Aslanlının Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Müsavat Partiyasının mətbuat xidmətinin məlumatına görə, Gülağa Aslanlı 99 BB 035 dövlət nömrə nişanlı qara rəngli “Audi” markalı avtomobillə Müsavat Partiyasının mərkəzi qərargahından aparılıb.

Gülağa Aslanlıya Bakı Baş Polis İdarəsində bildiriblər ki, partiya fəalları polisdə "düzgün" sorğu-sual edilməyib.

"Polis fəallarla xaricdə olan mühacirlərin sosial şəbəkələrdəki statuslarında söyüş və təhqirlərdən istifadə etməməsi üçün onlara təsir etmələri ilə bağlı söhbət aparılmalı idi. Ancaq partiya üzvləri polisdə səhv sorğu-sual edilib", Aslanlı Amerikanaın Səsinə müsahibəsində bildirib.

Polis fəallarla xaricdə olan mühacirlərin sosial şəbəkələrdəki statuslarında söyüş və təhqirlərdən istifadə etməməsi üçün onlara təsir etmələri ilə bağlı söhbət aparılmalı idi.
Gülağa Aslanlı

Onun sözlərinə görə, polisdə söhbət zamanı mitinq və siyasi fəaliyyətləri ilə bağlı mövzulara toxunulmayıb.

Bundan sonra Müsavat Partiyasının icra aparatının rəhbəri azad buraxılıb.

Mətbuat xidmətinin məlumatına görə, son iki gündə partiyanın 20-dən çox fəalı polsdə sorğu-sual edilib.

“Hakimiyyət Müsavat Partiyası və Milli Şuranın martın 10-na təyin etdikləri mitinqin kütləvi alınacağından narahat olduğu üçün repressiv üsullara əl atır, cəmiyyətdə qorxu hissini gücləndirməyə çalışır,” Müsavat Partiyasının bu gün yaydığı bəyanatda deyilir.

XS
SM
MD
LG