Accessibility links

Natiq Cəfərli: Azərbaycan iqtisadi, siyasi, media azadlıqlarında Gürcüstandan geri qalır [Audio-müsahibə]


Natiq Cəfərli
Natiq Cəfərli

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin martın 12-də Azərbaycana rəsmi səfəri başlayıb.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili

Gürcüstan hökumətinin məlumatına görə, onun prezident İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşləri planlaşdırılıb.

Gürcüstan baş nazirini iqtisadiyyat və sabit inkişaf naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixail Canelidze, maliyyə naziri Mamuka Baxtadze və Gürcüstan parlamentinin deputatları müşaiyət edir.

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, Gürcüstan Azərbaycan üçün həyatı əhəmiyyətli tərəfdaş ölkələrdəndir.

Natiq Cəfərli: Azərbaycan iqtisadi, siyasi, media azadlıqlarında Gürcüstandan geridə qalır
please wait

No media source currently available

0:00 0:04:20 0:00

“Bütün beynəlxalq iqtisadi əlaqələrdə, böyük infrastruktur layihələrində, enerji daşıyıcılarının qərbə çıxışında, nəqliyyat-loqistika layihələrində Gürcüstan mühüm rol oynayır”, o qeyd edib.

Onun fikrincə, Azərbaycanın Gürsüstanla iqtisadi əlaqələrinin genişləndirilməsi qaşılmaz bir faktordur.

Əlaqələrdə ciddi bir disbalans var. Azərbaycan Gürcüstana əsasən enerji resursları, qaz və neft məhsulları satır. Amma Gürcüstan Azərbaycana daha çox real sektorun məhsullarını ixrac edir.

“Əlaqələrdə ciddi bir disbalans var. Azərbaycan Gürcüstana əsasən enerji resursları, qaz və neft məhsulları satır. Amma Gürcüstan Azərbaycana daha çox real sektorun məhsullarını ixrac edir. Burada ciddi bir disbalans yaranıb. Bu disbalansın aradan qaldırılması üçün Azərbaycan da qeyri-neft sektorunun ixracatında ciddi irəliləyişlər əldə etməlidir”.

Ekspertin dediyinə görə, Azərbaycan Gürcüstanda ən ciddi investorlardan biridir.

“SOCAR-Georgia” Gürcüstanda ən böyük vergi ödəyicisidir. Amma, Gürcüstan şirkətləri Azərbaycanda yox dərəcəsindədir. Azərbaycan bazarında demək olar ki, iştirak etmir. Burada ciddi disbalans yaranıb”.

Cəfərli hesab edir ki, yuxarıda dediyi iki istiqamət üzrə Azərbaycan uduzur.

“Yəni Gürcüstan şirkətlərinin Azərbaycanda fəaliyyəti yox dərəcəsindədir və Azərbaycanın qeyri-neft sektorunun məhsuallarının ixracı zəif və həddindən artıq az səviyyədədir. Bu disbalansın aradan qaldırılması üçün müəyyən işlər görülməlidir. Azərbaycanla Gürcüstanın gələcək iqtisadi əlaqələrinin gücləndirilməsində Azərbaycan əsasən bu iki istiqamətə diqqət yetirməlidir”.

Ekspertin fikrincə, xalqlararası əlaqələrdə də Gürcüstan üstün mövqedədir.

“Son illər azərbaycanlıların ən çox səfər etdityi xarici ölkə Gürcüstandır. Bu təbiidir. Həmsərhəd ölkədir, əlçatan ölkədir və bu ölkədə əyləncər və istirahət mərkəzlərində qiymətlər aşağıdır. Son 8-9 ildə Gürcüstana ən çox səfər edənlər məhz azərbaycanlılarıdır. Azərbaycan bu baxımdan da Grücüstanda lider ölkədir. Gürcüstandan Azərbaycana gələnlərin sayı isə çox azdır. Gürcüstan Azərbaycana səfər edən ölkələr arasında bir qayda olaraq 5-6-cı yeri tutur. Burada da disbalans var ”, o qeyd edib.

Gürcüstan QHT-ləri il ərzində təxminən 500-600 milyon dollar dəyərində layihələr haəyata keçirir.

Cəfərli hesab edir ki, demokratiya, insan hüquqları sahəsində Gürcüstan Azərbaycandan xeyli qabaqdadır.

“Təəssüf ki, Azərbaycan bu sahədə ciddi geri qalır. Gürcüstanda idarəetmə sistemi dəyişdi, parlamentli respublika modelinə keçdi. Gürcüstanda vətəndaş cəmiyyəti çox güclüdür. Gürcüstan QHT-ləri il ərzində təxminən 500-600 milyon dollar dəyərində layihələr haəyata keçirir. Bu da Gürcüstan hökumətinə çox ciddi dəstəkdir. Gürcüstan hökuməti vətəndaş cəmiyyətindən qorxmur, əksinə, əməkdaşlıq edir. Bu gün Gürcüstan hökumətində təmsil olunan şəxslərin böyük əksəriyyəti vətəndaş cəmiyyətlərindən irəli çəkilib. Azərbaycanda isə əksinədir. Hökumət vətəndaş cəmiyyətini bir təhdid kimi görür, demək olar ki, işləməsinə imkan vermir. Son zamanlar sivil toplumun tamamilə sıradan çıxarılmasının şahidi olduq”.

Gürcüstan ərazisində qırxadək müstəqil televiziya kanalları fəaliyyət göstərir. Bundan bir qədər çox radio kanalları fəaliyyətdədir.

Ekspert media azadlığı sahəsində də Gürcüstanın irəlidə olduğunu bildirib.

“Gürcüstan ərazisində qırxadək müstəqil televiziya kanalları fəaliyyət göstərir. Bundan bir qədər çox radio kanalları fəaliyyətdədir. Bu ölkədə ictimai televizyanın idarəçiliyində parlamentdə təmsil olunana bütün siyasi partiyalar iştirak edir. Azərbaycan həm azad media, həm vətəndaş cəmiyyəti, həm də siyasi proseslərdə Gürcüstandan xeyli geridə qalır. Bu son zamanlar Gürcüstanın iqtisadi uğurunun göstəricisinə çevrilib. Gürcüstan keçmiş sovet məkanında ən dinamik inkişaf edən ölkəyə çevrilir. Son üç ildə bu ölkədə hər il ümumdaxili məhsulun artımı 4-5 faiz civarında olur. Bu da azadlıqların geniş olması ilə bağlıdır”, o qeyd edib.

XS
SM
MD
LG