Accessibility links

Elxan Şahinoğlu: Rusiya regionda əzələ nümayiş etdirir [Video-Müsahibə]


Elxan Şahinoğlu: Rusiya regionda əzələ nümayiş etdirir
please wait

No media source currently available

0:00 0:04:44 0:00

Elxan Şahinoğlu: Rusiya regionda əzələ nümayiş etdirir

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Amerikanın Səsinə müsahibəsində regional münasibətlərdən danışıb

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə müsahibəsində regional münasibətlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanın region dövlətləri ilə münasibətlərinin əsas prioritetlərini nə təşkil edir?

Balanslı xarici siyasət yürütmək getdikcə çətinləşir. Böyük dövlətlər bəzən Azərbaycandan seçim etməyi tələb edir

Elxan Şahinoğlu: Azərbaycan hakimiyyəti balanslaşdırılmış xarici siyasət yürüdür. Bunun da məqsədi odur ki, hamı ilə bərabərhüquqlu tərəfdaşlıq qursun. Qonşu dövlətlərdən heç bir təhlükə olmasın. Bircə Ermənistanla problemimiz var. Amma son zamanlar balanslaşdırılmış xarici siyasət yürütmək çox çətindir. Çünki Rusiya ilə qərb arasında münasibətlər son dərəcə gərginləşib. Son hadisələr fonunda da Amerika ilə münasibətlər gərginləşib. Rusiyaya qarşı sanksiyalar genişlənib. Ona görə, balanslı xarici siyasət yürütmək getdikcə çətinləşir. Böyük dövlətlər bəzən Azərbaycandan seçim etməyi tələb edir. Bunu da biz milli və təhlükəsizlik baxımından edə bilmərik. Ona görə də balanslaşdırılmış xarici siyasət son dərəcə çətindir. Mənə elə gəlir ki, yaxın müddətdə Azərbaycan müəyyən manevrlər etmək məcburiyyətində qala bilər.

Amerikanın Səsi: Sahilyanı dövlət başçıları tərəfindən Xəzər sülh dənizi elan edilib. Amma, Xəzəryanı dövlətlər akvatoriyada silahlanmanı durmadan davam etdirir. Hətta ötən il Rusiya bu akvatoriyadan Suriyaya orta mənzilli raketlər atıb. Bu mənada Xəzərdəki beynəlxalq layihələrin təhlükəsizliyi nə dərəcədə etibarlı qorunur?

Xəzəryanı bölgəni sülh bölgəsi adlandırmaqda çətinlik çəkirəm.

Elxan Şahinoğlu: Xəzəri sülh bölgəsi adlandırımaq həqiqətən çox çətindir. Bir neçə misal göstərə bilərəm. Birini siz dediniz. Rusiya bu prinsipləri, sistemi pozur. Rusiya imkan vermir ki, Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə boru xətti çəkilsin. Əgər Xəzər sülh regionudursa, dənizidirsə Rusiya buna niyə mane olur? Burada onun regional maraqları var, türkmən qazının Azərbaycan vasitəsi ilə qərb bazarlarına çatdırılmasına mane olur. Dağıstanda da hərbi bazasını gücləndirməyə başlayıb. Bu da sülh bölgəsinin əleyhinə atılmış bir addım idi. Hərbi dəniz donanmasını hər keçən gün gücləndirir. Biz bilmirik orada nə qədər silahlar var. Normadan çox da ola bilər. Suriya savaşında lazım olmadığı halda Xəzər üzərindən Suriya ərazisinə raketlər tuşladılar. Halbuki hava bombardumanları vasitəsi ilə terrorçulara qarşı mübarizəni davam etdirmək olardı. Bu da bir əzələ nümayişi idi. Burada Rusiyanın iki məqsədi var. Bir əzlə nümayişi idi ki, mənim modern silahlarım, raketlərim var. Bir də Xəzəryanı ölkələrə bir mesaj idi. Mesaj idi ki, buranın sahibi mənəm. Ona görə də Xəzəryanı bölgəni sülh bölgəsi adlandırmaqda çətinlik çəkirəm.

Amerikanın Səsi: Amerikanın Rusiya və İrana qarşı sanksiyaları genişləndirməsi regional əməkdaşlıqda Azərbaycan üçün hansı problemlər yaradır və gələcəkdə hansı problemlər yarada bilər?

Elxan Şahinoğlu: Beynəlxalq münasibətlərdə vəziyyət gərginləşir. Qərbin Rusiyaya qarşı sanksiyaları artıb. Böyük Britaniya, ABŞ, bəzi Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyaları sərtləşdikcə, Rusiyanın siyasəti də gərginlik içinə daxil olur. Q

Rusiya qonşu dövlətlərə təzyiqini artırmağa çalışacaq ki, qonşu dövlətlər qərblə əməkdaşlıqda məsafə saxlasınlar. Bu Azərbaycanın maraqlarına uyğun deyil. İrandan da müəyyən təzyiqlər hiss edirik.

Azərbaycanın İsraillə münasibətlərini intensivləşdirməsi bizim maraqlara uyğundur. Silah alıb, neft satırıq. Amma İranda elə bilirlər ki, İsraillə əməkdaşlıq İrana qarşı yönəlib. Rusiyada isə elə bilirlər ki, Azərbaycan qərb əməkdaşlığı Rusiyaya qarşı yönəlib. Ona görə, qərbin, Amerikanın Rusiyaya qarşı siyasəti sərtləşdikcə Rusiya və İrandakı müəyyən mərkəzlərin də Azərbaycana qarşı siyasəti sərtləşə bilər.

Amerikanın Səsi: Azərbaycan xarici işlər naziri cənub-qərb dəmiryolu dəhliznin yaxın 3 ildə açılacağını elan edib. Ümumilikdə Azərbaycandan keçən dəmiryol dəhlizləri regiona hansı inkişaf, hansı yeni təhdidlər gətirə bilər?

Azərbaycan düşünür ki, regional layihələri bir-biri ilə birləşdiməklə qonşu dövlətlərlə, böyük dövlətlərlə marağını iqtisadi zəmində uzlaşdıra bilər.

Elxan Şahinoğlu: Bölgədə əsas regional layihələrin ideya daşıyıcısı və icraçısı Azərbaycandır. Bu Azərbaycanın milli və təhlükəsizlik maraqlarına uyğundur. Çünki bu layihələrin icrası Azərbaycanın maliyyə potensialını artırır. Bir neçə gün öncə Azərabaycanda xarici işlər nazirlərinin dörtərəfli formatda (Azərbaycan, Türkiyə, İran, Gürcüstan) görüşü oldu. Bu formatda ilk görüş idi. Azərbaycan üçtərəfli formatda görüşlərdə iştirak edir. Bu ilk dördtərəfli formatda görüş idi. Bunun səbəbi odur ki, İran da regional layihələrdə aktiv iştirak etsin və İrandan gələn mesajlara görə guya onlar da Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmaqda maraqlıdır. Azərbaycanın əsas iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizi də var. Azərbaycan düşünür ki, bu regional layihələri bir-biri ilə birləşdiməklə qonşu dövlətlərlə, böyük dövlətlərlə marağını iqtisadi zəmində uzlaşdıra bilər. Bu Aazərbaycanın da, həmin böyük dövlətlərin də xeyrinədir. Amma gələcəkdə İran və Rusiyanın bu layihələrdə nə qədər maraqlı olacağını görəcəyik.

XS
SM
MD
LG