Accessibility links

Dövlət Departamenti: Ukraynanın gəlirlərin bəyan etmə sistemi vətəndaş cəmiyyətinə təsir göstərməli deyil (Ekspert şərhi-audio müsahibə)


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamenti Ukraynada vətəndaş cəmiyyətinin müdafiəsi ilə bağlı bəyanat yayıb.

Sənəddə deyilir ki, Birləşmiş Ştatlar Ukrayna hökumətindən vətəndaş cəmiyyəti üzvlərinin və dövlət təşkilatlarının idarə heyətlərində çalışan əcnəbilərin gəlirləri barədə bəyanamələrinin açıqlanmasını tələb edən qanunvericiliyin ləğv edilməsini təşviq edir.

“Ukraynanın gəlirlərin bəyan etmə sistemi vətəndaş cəmiyyətinə təsir göstərməli deyil, dövlət rəsmilərini məhsuliyyətli saxlamalıdır. Sözügedən cəzalandırıcı qanun Ukaynada şəffaflığın artması üçün çalışan insanları hədəfə alır. Həmin o insanları ki, qanunun aliliyinin hökm sürdüyü demokratik dövlətə dair Avromaydandan ukrayna xalqı tərəfindən bildirilən arzuların reallaşması üçün səy göstərirlər. Biz Ukrayna hökumətini Venesiya Konvensiyasına əsaslanaraq gəlirlərin bəyan olunması tələblərinin ləğv etməsini və gəlirlərini bəyan etməyi çatdırmayan insanlara müvəqqəti amnistiya verilməsinə çağırırıq”, sənəddə qeyd edilir.

Xəbəri ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.

Xatırladaq ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Ukraynada vətəndaşların, o cümlədən məmurların aprelin 1-dək gəlirləri barədə bəyannamə təqdim etməsini tələb edir. Bununla bağlı qanunvericiliyə dəyişikliklər edilib. Martın 26-da xəbərdarlıq da yayılıb.

Bu proses Azərbaycanda necə nizamlanır? Amerikanın Səsinin sualının cavabında hüquqşünas Ələsgər Məmmədli bildirib ki, büdcə vəsaitlərinə sərəncam hüququ olan şəxslərin gəlirləri barədə bəyannamə verməsi Azərbaycanda “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunla nizamlanır. Amma, qanunvericilikdə bu məlumatların ictimaiyyət üçün açıqlanması nəzərdə tutulmayıb.

Ələsgər Məmmədli: Məmurlar gəlir bəyannaməsi verməlidir
please wait

No media source currently available

0:00 0:01:59 0:00

“Əslində, məmurların gəlirlərinin ictimaiyyət üçün açıqlanması tamamilə normal hüququ çərçivədir. Amma, Nazirlər Kabineti bununla bağlı normativ səndələrin nümunələrini təsdiq etmədiyindən qanunun tələbləri neçə illərdir yerinə yetirilmir. Bu da özlüyündə korrupsiyaya şərait yarada amillərdən biridir”, o qeyd edib.

Ekspertin sözlərinə görə, Azərbaycanda Qeyri Hökumət Təşkilatları və ictimai fondlar Maliyyə Nazirliyinə maliyyə hesabatı verir.

XS
SM
MD
LG