Accessibility links

Fərman Ceyranov: Həbsim müxalifəti dəstəklədiyimə görə sifarış edilib [Audio]


“Hamı bilir ki məni - Fərman Ceyranovu, Gözəl Bayramlını, Əfgan Muxtarlını və yüzlərlə Azərbaycan vətəndaşını siyasi fikir ayrılığına görə İlham Əliyev rejimi həbs etdirərək zindanlara atdırır və artıq xarici dövlətlərdə belə yaşayanları təqib edir. Bu barədə Gürcüstanda həbsdə olan “Lancet” klinikasının təsisçisi Fərman Ceyranovun həbsxanadan göndərdiyi müraciətdə deyilir.

Fərman Ceyranov: Həbsim müxalifəti dəstəklədiyimə görə sifarış edilib
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Əslən Gürcüstandan olan Fərman Ceyranov 1980-ci illərdən Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib.

1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.

O, bir neçə il əvvəl Gürcüstana gedərək "Lancet" klinikasının yaradıcılarından biri olub və bu il mayın 22-də həbs edilib.

F.Ceyranov Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci maddələri ilə ittiham olunur. Cərrah dələduzluq, insanların həyat və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilir. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Vəkilləri bildirib ki, Fərman Ceyranov siyasi sifarişlə həbs olunub. Səbəb onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki "Lancet" klinikasında müayinə və müalicəsinə şərait yaratmasıdır.

2018-ci il fevralın 8-də Tbilisi Şəhər Məhkəməsi Fərman Ceyranovu 6 il azadlıqdan məhrum edib.

Ceyranovun həbsxana kamerasından göndərdiyi müraciətində deyilir ki, haqqımda qaldırılan cinayət işi qondarma və əsassız görüntü yaradaraq insanların diqqətini əsas məsələlərdən yayındırmağa xidmət edir.

“Məhkəmə prossesində həm ifadə verən şahidlərin, Səhiyyə Nazirliyi komissiyasının və ekspertlərin qərarlarına əsasən, bu işin tərkibində hec bir cinayətin olmadığı bir daha təsdiqləndi. Nə xəstələrin əməliyyatında, nə işin təşkilində, nə maliyyə məsələlərində nöqsan aşkar edildi. Xəstələr təcili şəkildə əməliyyat olunduqlarına görə Səhiyyə Nazirliyinin icazəsinə ehtiyac yox idi. Bu həm Gürcüstan qanunvericiliyində, həm də Ümumdünya Səhiyyə Təşkilatının təlimatında qeyd edilir.

Yeganə nöqsan cərrahın Gürcüstan Səhiyyə Nazirliyi tərəfindən verildiyi lisenziyasının müddətinin bitməsi idi, hansı ki, sonradan 6 ay müddətində yenidən uzadıldı. Bu isə sadəcə olaraq administrativ qanun pozuntusu hesab edilir və buna görə cərrah 1000 lari məbləğində cərimə edildi. Bu haqda, hətta məhkəmə qərarı da mövcuddur”, o qeyd edib.

O, “Lancet” tibb mərkəzinin təsisçilərindən yalnız biri olduğunu yazıb.

Mənə də 6 il, Əfqan Müxtarlıya da 6 il iş kəsildi. Sifariş yüz faiz yüksək səviyyədə həyata keçdi.

“Xəstəxananın direktoru, baş həkimi, maliyyə direktoru və digər qurumları var. Prokurorluq açılan qondarma cinayət işində gələcək uğursuzluğu gördükdə isə “Lancet” tibb mərkəzinə təzədən kompleks yoxlama göndərdi. Bu isə artıq mənim təqib edilməyimdir.Beləliklə, mənim həbsim müxalifəti dəstəklədiyimə və onlara əlimdən gələn köməyi etdiyimə görə Azərbaycan dövləti və şəxsən onun prezidenti İlham Əliyev tərəfindən sifarış edilib, Gürcüstan höküməti tərəfindən isə icra edilib. Mənə də 6 il, Əfqan Müxtarlıya da 6 il iş kəsildi. Sifariş yüz faiz yüksək səviyyədə həyata keçdi”.

Fərman Ceyranov müraciətində insan haqları ilə məşğul olan qeyri-hökümət təşkilatlarına və beynəlxalq təşkilatlara müraciət edib. “Biganə qalmayın!”, deyə hüquq müdafiə təşkilatlarından xahiş edir.

Öz növbəsində rəsmi Bakı insanları baxışlarına görə təqib etmədiyini, insan hüquq və azadlıqlarının tam təmin edildiyini, xarici siyasət kursunda mehriban qonşuluq siyasətinə istinad etdiyini bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG