Accessibility links

Müxalifətin mitinqinin təşkilatçılarına xəbərdarlıq edilib


Müxalifətin 14 aprel mitinqinin təşkilatçıları aprelin 13-də Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Bunu Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmli bildirib.

Müxalifət nümayəndələri ilə paytaxt polisinin rəis müavini Səhləb Bağırov və baş prokurorun baş müşaviri Mehman Qocayev söhbət edib.

"Əvvəlki mitinqlər öncəsi olduğu kimi onlar qanun pozuntularınun yolverilməz olduğu və buna görə məsuliyyətimiz haqqında xəbərdarlıq etdilər", deyə Məhərrəmli bildirib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası ilkin nəticələrə görə, səslərin 86,03 faizini hazırki prezident İlham Əliyevin topladığını bildirib. Müxalifət seçkinin nəticələrinə etiraz olaraq aprelin 14-də mitinq keçirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG