Accessibility links

ADR Hərəkatı Konstitusiya Məhkəməsini seçkilərin nəticələrini tanımamağa çağırıb


Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR
Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Konstitusiya Məhkəməsini 11 aprel növbədənkənar prezident seçkilərinin nəticələrini tanımamağa çağırıb.

Təşkilat hesab edir ki, heç bir əsaslandırma olmadan, izahat verilmədən, birtərəfli qaydada 6 ay önə təyin olunan, əvvəlcədən razılşadırılmış namizədlərlə alternativlik və rəqabət görüntüsü yaratmaq niyyəti güdən, dövlət büdcə, maliyyə, həm də inzibati resurslarından hakim partiyanın namizədinin xeyrinə sui-istifadə edən mövcud iqtidar seçki günündə də kütləvi saxtalaşdırmaya gedərək elan etdiyi yalançı nəticələrlə Azərbaycanda hakimiyyəti yenidən qəsb edib

ADR Hərəkatı seçkinin nəticələrini tanımadığını bəyan edir və Konstitutsiya Məhkəməsini onun nəticələrini təsdiq etməməyə çağırır.

ADR Hərəkatı təklif edir ki, siyasi məhbuslar azad edildikdən, azad mətbuat və müstəqil vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılan maneələr aradan qaldırıldıqdan, maliyyə şəffaflığı və hesabatlılıq təmin edildikdən sonra bu ilin payızında yenidən prezident seçkiləri keçirilsin.

Xatırladaq ki, Konstitusiya Məhkəməsi aprelin 17-də MSK-nin seçkilərin yekunları ilə bağlı protokoluna baxacaq. Protokolu Konstitusiya Məhkəməsi təsdiq etdikdən sonra yeni seçilmiş prezidentin inauqrasiyası olacaq.

Öz növbəsində rəsmi qurumlar, o cümlədən Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin demokratik və azad keçirildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG