Accessibility links

İlham Əliyevin andiçmə çıxışı - müxtəlif münasibətlər [Audio-müsahibələr]


Ilham Əliyev
Ilham Əliyev

Dövlət başçısının çıxışını iqtidar müsbət, müxlaifət tənqidi qarşılayıb

İlham Əliyev: Seçkilər ədalətli və şəffaf keçirilib

Prezident İlham Əliyev aprelin 18-də keçiriləın andiçmə mərasimində çıxışında bildirib ki, prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib.

“Azərbaycan xalqı inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilib”.

Dövlət başçısı inidyədək həyata keçirdiyi siyasətə sadiq qalacağını bəyan edib.

“Biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.

"Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir"

Əliyev prezident olduğu son 15 ildə Azərbaycanın sabitlik şəraitində bütün istiqamətlərdə inkişaf etdiyini deyib.

Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır.

İlham Əliyev

“Bu 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə getmişdir, Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir. Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları – söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir”.

Onun firkincə, son 15 il ərzində Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində müsbət meyllər müşahidə olunur və prezident seçkiləri kampaniyası bunu bir daha göstərib.

“Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənmişdir, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir”.

"Antimilli qruplaşma tam marginallaşıb"

Əliyev prezidentliyə namizədlərə təşəkkür edib.Seçkilərdə iştirak etməyən qüvvələrin ünvanına isə sərt tənqid ünvanlayıb.

Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. İlham Əliyev

“O ki qaldı, antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır”, o qeyd edib.

"Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır"

Prezident ölkənin son 15 il ərzində iqtisadiyyat, sosial sahədə və beynəlxalq aləmdə böyük uğurlara imza atdğını deyib.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın. Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır”, o qeyd edib.

Cəmil Həsənli
Cəmil Həsənli

Cəmil Həsənli: "Andiçmə saxta xarakteri daşıyır"

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Amerikanın Səsinə bildirib ki, İlham Əliyevin andiçmə mərasimindəki çıxışı ilə tanış deyil.

Milli Şuranın sədri Cəmil Həsənlinin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:00:54 0:00

Seçki qeyri-legitim xarakter daşıyır.

Cəmil Həsənli

“Çıxışı dinləməmişəm və nə dediyindən də xəbərsizəm. Bu günki andiçmə saxta xarakteri daşıyır. Çünki seçkini müşahidə etməyə yeganə rəsmi mandatı olan təşkilat tərəfindən saxta qiymətləndirilib. Eyni zamanda seçkinin nəticələri Milli Şura tərəfindən də saxta qiymətləndirlilib. Seçkini boykot edən qüvvələr onun nəticələrini tanımır. Seçki qeyri-legitim xarakter daşıyır. Növbəti dəfə İlham Əliyev Azərbaycan xalqının öz hakimiyyətini formalaşdırmaq hüququnu mənimsəyib. Bu da Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biridir”, Həsənli qeyd edib.

Sahib Alıyev
Sahib Alıyev

Sahib Alıyev: "İlham Əliyevin qarşıya qoyduğu bütün məqsədlərə çatacaq"

Milli Məclisin deputatı Sahib Alıyev öz facebook səhifəsində dövlət başçısının çıxışının proqram xarakteri daşıdığını bildirib.

“Birinci Dağlıq Qarabağ problemindən başlasaq, gəldiyim nəticə budur ki, onun həlli yönündə atacağımız addımlar yenə də hibrid xarakteri daşıyacaq. Yəni torpaqlarımızın azad olunması üçün siyasi, iqtisadi, diplomatik, informasiya, psixoloji və təbii ki, hərbi müstəvidə gərəkən nə varsa ediləcək”, o qeyd edib.

Deputatın fikrincə, prezidentin Ermənistanın özünün belə azərbaycanlıların torpağında yaradıldığını növbəti dəfə vurğulaması erməni tərəfinə xəbərdarlıqdır.

Prezident Ermənistan adlanan yurd yerlərimizdən qovulan azərbaycanlıların ora qayıtmalarını real sayır, onun üçün nə lazımdırsa edir və edəcək.

Sahib Alıyev

“O, ötən əsrin 90-cı illərində işğal olunan Azərbaycan torpaqlarının son qarışınadək qaytarılımasını real saydığı və buna çalışdığı kimi, indi Ermənistan adlanan yurd yerlərimizdən qovulan azərbaycanlıların ora qayıtmalarını da real sayır, onun üçün də nə lazımdırsa edir və edəcək”.

Alıyev hesab edir ki, ölkədə iqtisadiyyatda, sosial sahədə, özəlliklə də idarəetmədə islahatların dərinləşdirilməsi sistemli xarakter alır və bununla bağlı yaxın gələcəkdə xeyli yeniliklər olacaq.

“Bu yerdə, cənab İlham Əliyevin prezidentliyə digər namizədlərin qaldırdıqları məsələlərə diqqətlə baxılacağını, səsləndirilən dəyərli təkliflərin nəzərə alınacağını bildirməsi, məncə, az şey demir. İstehsalatda elm tutumlu müəssisələrə diqqət artırılacaq, bir sıra neft-qaz anlaşmalarının reallaşdırılmasına başlanacaq, yeni yataqlar üzərində işləniləcək. Xarici borcların həcmi azaldılacaq”.

Deputat İlham Əliyevin çıxışında qarşıya qoyduğu bütün məqsədlərə çatacağına əmin olduğunu bildirib.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: Bu cür düşüncə ilə ölkəni səmərəli idarə etmək olmaz

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib ki, İlham Əliyevin prezident seçkiləri dövründə xalqdan səs istəməməsinə təəssüf edir.

Müsavat Partiyasının başqanı Arif Hacılının Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:11 0:00

İlk növbədə dövlətin rəhəbəri siyasi qüvvələrin bir araya gəlməsi, vətəndaş qarşıdurmasının qarşısının alınmasında maraqlı olmaldır.

Arif Hacılı

“O seçki dövründə xalqın qarşısında çıxış etmədi və prezidentlik dövründə görəcəyi işlər barədə üzərinə öhdəlik götürmədi. Andiçmə çıxışında da əslində özünün görəcəyi işlərdən, onun üzərinə düşən görəvlərdən daha çox müxalifətə irad tutmaqla kifayətləndi. Təbii ki, bu cür idarəçilik, bu cür düşüncə tərzi ilə ölkəni səmərəli idarə etmək, Azərbaycanda milli dövlət, demokratik cəmiyyət yaratmaq qeyri-mümkündür. Eyni zamanda Azərbaycanın inkişafına nail olmaq, problemləri həll etmək qeyri-mümkündür. İlk növbədə dövlətin rəhəbəri siyasi qüvvələrin bir araya gəlməsi, vətəndaş qarşıdurmasının qarşısının alınmasında maraqlı olmaldır.Təəssüf ki, biz onun əksini görürük”, Müsavat başqanı prezidentin çıxışına belə münasibət bildirib.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli: "Güclü dövlətin atributu güclü müxalifətdir"

REAL Partiyasının Məclis üzvü Natiq Cəfərli Amerikanın Səsinə deiyb ki, güclü dövlətlərin güclü müxalifəti, güclü vətəndaş cəmiyyəti olur.

REAL Partiyasının Məclis üzvü Natiq Cəfərlinin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:50 0:00

Müxalifətin zəif olmasını söyləyən iqtidar başa düşməlidir ki, müxalifətin zəifliyi dövlət institutlarının zəifliyi deməkdir.

Natiq Cəfərli

“Güclü dövlət anlayışı güclü müxalifət, güclü vətəndaş cəmiyyətinin olmasını özündə ehtiva edir. Dünyada güclü dövlətin atributları bundan ibarətdir. Güclü müxalif qüvvələri, vətəndaş cəmiyyəti, azad mediası olan ölkələrdə tərəqqi, inkişaf daha sürətli və daha dayanıqlı olur. Müxalifətin zəif olmasını söyləyən iqtidar başa düşməlidir ki, müxalifətin zəifliyi dövlət institutlarının zəifliyi deməkdir. İstərdim ki, fəaliyyətinin növbəti illəridnə prezident və onun ətrafında olan insanlar bu anlayışa daha həssas yanaşsınlar. Güclü dövlət olmağın əsas yollarından biri alternativlərin çox olması, müxalifətin güclü olması, institusional müxalif institutların, medianın, sivil toplumun güclü olması, yəni bütün bunlar dövlətin də güclü olmasına gətirib çıxarır. Hesab edirəm ki, növbəti illərdə iqtidar-müxalifət qüvvələrinin münasibətləri beynəlxalq praktikaya uyğun oturuşması üçün hökumət addımlar atmalıdır”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG