Accessibility links

Hikmət Hacıyev: Azərbaycan Ermənistanın yeni hökumətilə danışıqlara hazırdır [Audio-müsahibə]


Hikmət Hacıyev
Hikmət Hacıyev

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Amerikanın Səsinə müsahibəsində Ermənistandakı siyasi durum və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında perspektivlərdən danışıb.

Hikmət Hacıyev: Azərbaycan Ermənistanın yeni hökumətilə danışıqlara hazırdır
please wait

No media source currently available

0:00 0:05:40 0:00

Amerikanın Səsi: Ermənistandakı siyasi durumu necə qiymətləndirirsiniz?

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbləri əsasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə sülh yolu ilə tezliklə həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq.

Hikmət Hacıyev: Serj Sarkisyanın rəhbərlik etdiyi hərbi diktatura rejiminin hakimiyyətdən getməsindən sonra Ermənistanda hakimiyyətə sağlam siyasi qüvvələrin gələcəyinə ümidvarıq.

Yəni Ermənistan xalqını əsarətdə və müharibə xofu altında saxlayan Sarkisyan rejiminin yürütdüyü siyasət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində indiyə qədər hər hansı irəliləyiş əldə edilməsinə imkan vermirdi. Sarkisyan rejimi məqsədyönlü şəkildə siyasət yürüdürdü ki, münaqişədə hər hansı irəliləyiş əldə olunmasın və nəticə etibarı ilə erməni xalqını müharibə xofu altında saxlayaraq öz hakimiyyətini uzatsın. Bu məqsədlə də o, Ermənistan xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlik siyasi xətti davam etdirirdi.

Qoşunların təmas xəttində Azərbaycan tərəfindən guya hərbi texnika və canlı qüvvənin cəmləşdirilməsi barədə keçmiş Sarkisyan rejiminin ünsürlərinin isterik açıqlamaları həqiqəti əks etdirmir və keçən ilə aid olan məlumatlardır. Burada məqsəd aydındır, Sarkisyan rejimi bu yolla ictimai fikri aldatmağa çalışırdı.

Amma fakt və reallıq ondan ibarətdir ki, Azərbaycan bunu dəfələrlə bəyan edib, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olmaqda davam edir. Gərginlik riskini, hərbi riski aradan qaldırmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbləri əsasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə sülh yolu ilə tezliklə həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq. Münaqişənin tezliklə sülh yolu ilə həll edilməsi regionda davamlı sülh və sabitliyin bərqərar olmasını və hərtərəfli regional əməkdaşlıq imkanlarının yaranmasını təmin etmiş olar. Azərbaycan bunu dəfələrlə bəyan edib. Hətta Sarkisyan rejiminə müraciətlərimizdə qeyd edirdik ki, Sarkisyan rejimi bu reallığı nə qədər tez dərk edərsə, Ermənistan xalqı üçün bir o qədər tez yaxşı olar. Amma Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək.

Amerikanın Səsi: ATƏT-in Minsk Qrupunun həmsədrləri dünənki bəyanatında Azərbaycan və Ermənistanı tezliklə danışıqlara çağırıb. Azərbaycan danışıqlara hazırdır?

Hikmət Hacıyev: Biz danışıqlara hazırıq. Yəni qeyd etdiyimiz kimi, Ermənistanda hakimiyyətə gələcək sağlam siyasi qüvvələrlə danışıqları beynəlxalq hüquq norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamaləri əsasında davam etdirməyə hazırıq. Amma yəqin ki, Ermənistanda bir siyasi hakimiyyətin formalaşmasına ehtiyac vardır.

Amerikanın Səsi: Sizcə danışıqlar haradan başlamalıdır? Yəni danışıqlar yenidən başlamalıdır, yoxsa indiyədək razılaşdırılmış nöqtədən davam etdirilməlidir?

Hikmət Hacıyev: Danışıqların hansı məcrada aparılması və danışıqların siyasi-hüquqi əsasları çoxdan müəyyən edilib. Burada hər hansı bir yeniliyin yaradılmasına, yaxud da kəşf edilməsinə ehtiyac yoxdur. Münaqişənin həllinin siyasi-hüquqi əsasları dedikdə, bu, birinci, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, beynəlxalq norma və prinsiplərə, Helsinki Yekun Aktına və digər beynəlxalq təşkilatların qətnamələrinə əsaslanır. Məhz bu əsasda, bu məcrada danışıqlar prosesi davam etdirilməlidir. Azərbaycan da bu danışıqlara tam şəkildə hazırdır.

Amerikanın Səsi: Azərbaycan Respublikası bir qayda olaraq Ermənistana danışıqların nəticəvi olması ilə bağlı bəyanatlar verib. Azərbaycanın bu mövqeyi bu gün də qüvvədədir?

Nəticəvi danışıqlar o deməkdir ki, danışıqlar danışıqlar masasında olan konkret predmetli məsələlər əsasında davam etdirilməlidir.

Hikmət Hacıyev: Münaqişədən birbaşa əziyyət çəkən dövlət Azərbaycan Respublikasıdır. Çünki Azərbaycanın əraziləri işğal olunub və bir milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqın vəziyyətinə düşüb. Ona görə də münaqişənin tezliklə həllində ən maraqlı tərəf Azərbaycan Respublikasıdır. Amma Sarkisyan rejiminin yürütdüyü siyasət və danışıqlar strategiyasında mövqeyi ondan ibarət idi ki, - hər bir vəchlə danışıqları imitasiya etmək, danışıqları sonsuzluğa qədər uzatmaq və bu proses çərçivəsində danışıqlarda hər hansı bir irəliləyişin əldə edilməsinə imkan verməmək, imkanları olmayanda isə müəyyən zamanlarda hərbi və siyasi təxribatlara əl ataraq danışıqların irəliləməməsinə imkan verməmək. Nəticə etibarı ilə də bu strategiya regionda ümumi gərginlik ab-havasının saxlanmasını, həmçinin də Ermənistanın özünün strateji və geostrateji baxımdan özünütəcrid vəiyyətini şərtəndirirdi. Azərbaycan nəticəvi danışıqları hər zaman dəstəkləyib. Yəni nəticəvi danışıqlar o deməkdir ki, danışıqlar danışıqlar masasında olan konkret predmetli məsələlər əsasında davam etdirilməlidir. İlk növbədə də işğal faktına son qoyulub, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması həyata keçirilməlidir.

Amerikanın Səsi: Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, danışıqlarda razılaşdırılmamış məsələlər üzrə danışıqlar davam etdirilsin, bununla yanaşı, razılaşdırılmış məsələlər üzrə Böyük Saziş layihəsi üzərində işlər başlansın. Bununla bağlı Azərbaycanın mövqeyi necədir? Ermənistanda yeni formalaşacaq hökumətlərlə danışıqların davam etdirilməsində son an müəyyən ediləcək?

Beynəlxalq ictimaiyyətin də, ATƏT-in Minsk Qrupunun da mövqeyi ondan ibarətdir ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır.

Hikmət Hacıyev: Beynəlxalq ictimaiyyətin də, ATƏT-in Minsk Qrupunun da mövqeyi ondan ibarətdir ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır. Çünki çoxsaylı mürəkkəb məsələlər var ki, bunların hamısını birdən həll etmək olduqca çətindir. Ona görə də mərhələli şəkildə münaqişənin həlli prosesi başlanmalıdır. Belə bir mərhələli şəkildə Azərbaycan danışıqlara hazırdır və Minsk Qrupunun həmsədrləri də bu yanaşmanı dəstəkləyir. Ona görə ki, ilkin addım kimi əldə edəcəyimiz nailiyyətlər növbəti mərhələdə yeni addımların atılması üçün bir zəmin yaradır. Azərbaycan mərhələli bir proses çərçivəsində danışıqları dəstəkləyir və bu prosesə hazırdır.

Qeyd: Ermənistan tərəfi hələ Azərbaycan Xarici İşlə Nazirliyinin danışıqlarla bağlı təklifinə cavab verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG