Accessibility links

Şahin Hacıyev: Ermənistan ciddi destabilizasiya ərəfəsindədir [Video-müsahibə]


Şahin Hacıyev: Ermənistan ciddi destabilizasiya ərəfəsindədir
please wait

No media source currently available

0:00 0:04:37 0:00

Turan Agentliyinin redaktoru Amerikanın Səsinə müsahibəsində Ermənistandakı siyasi proseslərdən danışıb

Turan Informasiya Agentliyinin siyasət redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində Ermənistandakı siyasi proseslərin regional təsirlərindən danışıb.

Amerikanın Səsi: Ermənistandakı siyasi proseslərin və hakimiyyət dəyişikliyinin region dövlətlərinə, o cümlədən Azərbaycana təsirləri nə ola bilər?

Ermənistanda qan tökülə bilər.

Şahin Hacıyev: Təsiri çox böyük olacaq. Çünki, mənim fikrimcə Ermənistan ciddi destabilizasiya ərəfəsindədir. Hal-hazırda hakimiyyətə gəlmək istəyən qüvvələrlə hökumət arasında ziddiyyət artmaqdadır. Bu günki hadisələr onu göstərir ki, çox güman ki, orada qan tökülə bilər. Bu da o deməkdir ki, Ermənistan dövlət kimi zəifləyəcək və Azərbaycana gəldikdə bu, yalnız ölkənin xeyrinədir. Çünki siyasi, iqtisadi və hərbi cəhətdən zəifləyən bizim düşmənimiz ölkəmizi daha əlverişli mövqeyə gətirə bilər.

Amerikanın Səsi: Bəs, digər region dövlətlərinə təsirləri nə olacaq?

Rusiyanın böyük maraqlarını Qafqazda, xüsusən də Ermənistanda nəzərə alsaq, bu Rusiya üçün çox ciddi problem olacaq.

Şahin Hacıyev: Mənim fikrimcə regiona təsirləri olmayacaq. Çünki, bu Ermənistanın daxilində gedən proseslərdir. Ermənistanın İranla, Gürcüstanla bir o qədər də böyük ticarət əlaqələri yoxdur. Ən böyük təsir Rusiyaya ola bilər. Halbuki region ölkəsi, Cənubi Qafqaz ölkəsi deyil. Amma Rusiyanın böyük maraqlarını Qafqazda, xüsusiən də Ermənistanda nəzərə alsaq, bu Rusiya üçün çox ciddi problem olacaq. Qərb meylli qüvvələrin hakimiyyətə gəlməsi, güclənməsi Rusiyanın Qafqazda oyununu pozur.

Amerikanın Səsi: Bir sıra ekspertlər Ermənistanda Serj Saksiyasının hakimiyyətdən uzaqlaşdırılmasının Rusiyanın marağında olduğunu bildirir. Siz necə düşünürsünüz? Ermənistanda əhalinin hakimiyyətə qarşı çıxmasının səbəbləri nədir?

Bu, Ermənistanın bir ölkə kimi nə qədər ağır durumda olduğunun göstəricisidir. Təbii ki, bu əhalinin narazılığıdır, korrupsiyanın çox yüksək olmasıdır.

Şahin Hacıyev: Burada Rusiyanın əlini görmürəm. Çünki Sarkisyan onların adamı idi. Məsələ burasındadır ki, Ermənistanda baş verənlər orada uzun müddət davam edən proseslərin məntiqi nəticəsidir. Bir də Serj Sarkisyanın hakimiyyətinin qan tökməmək istəyindən irəli gəlir. Vəziyyət gərginləşəndə, ultimatum veriləndə o hakimiyyəti sadəcə olaraq verdi və getdi. Halbuki güc yolu ilə bunun qarşısını almağa imkanları var idi və indi də var. Ona görə də burada Rusiyanın heç bir əli yoxdur. Sadəcə Ermənistan cəmiyyətinin, Ermənistanın bir ölkə kimi nə qədər ağır durumda olduğunun göstəricisidir. Təbii ki, bu əhalinin narazılığıdır, korrupsiyanın çox yüksək olmasıdır. Müxtəlif rəqəmlərə görə ölkəni bir milyondan iki milyonadək adam tərk edərək çörək dalınca digər ölkələrə gedib. Narazılıq çox böyükdür və sadə insanlar bunun səbəbinin Serj Sarkisyan olduğunu hesab edir. Halbuki bu, ölkənin uzun müddət apardığı siyasətin və düşdüyü vəziyyətin nəticəsidir. Yəni Ermənistanın hakimiyəti dəyişəndə hansı qüvvə gəlsə də gələcəkdə o problemlə üzləşəcək. O zamana qədər ki, öz daxili problemlərini yalnız qonşularında görəcək.

Amerikanın Səsi: Ermənistanda hakimiyyət dəyişikliyinin regional əməkdaşlığa, eləcə də Ermənistan-Azərbaycan münaqişəsnin həlli prosesinə hansı təsirləri ola bilər?

Ermənistan hərbi cəhətdən də zəifləyəcək. Azərbaycanın danışıqlarda, Qarabağ məsələsində mövqeyi güclənə bilər

Şahin Hacıyev: Əməkdaşlıq barədə danışmağın heç bir əsası yoxdur, mümkün deyil. Münaqişəyə isə təsir edə bilər. Çünki Ermənistan hərbi cəhətdən də zəifləyəcək. Azərbaycanın danışıqlarda, Qarabağ məsələsində mövqeyi güclənə bilər. Bu mənada ki, əgər rəqibin zəifdirsə təbii ki, daha çox təzyiq edib, sıxa bilərsən, tələb edə bilərsən. Daxili destabilizasiya mütləq Ermənistan ordusuna da təsir edəcək. Ona görə ki, hər şeydən əlavə Ermənistanda qarabağlılara nifrət var, qarabağlıların Ermənistandan çıxarılması məsələsi var. Belə olan halda ermənilər gedib Qarabağda ölmək istəməyəcək.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG