Accessibility links

İraqda 3 azərbaycanlı qadın ömürlük həbsə məhkum edilib


İraqın Mərkəzi Cinayət Məhkəməsi müxtəlif ölkələrdən səkkiz əcnəbi qadını "İslam Dövləti" qruplaşmasının fəaliyyətində iştiraka görə ömürlük həbsə məhkum edib. Bu barədə İraqın Ali Məhkəmə Şurasının saytında yer alan məlumatda deyilir.

Mənbənin məlumatına görə, onlar arasında üç Türkiyə vətəndaşı, üç Azərbaycan vətəndaşı, bir Özbəkistan və bir Suriya vətəndaşı var.

Xatırladaq ki, aprelin sonlarında İraq məhkəməsi 19 rusiyalı və 6 azərbaycanlı qadını İslam Dövləti ilə əməkdaşlığa görə ömürlük həbsə məhkum edib.

Azərbaycanın rəsmi orqanları İraqda azərbaycanlı qadınların həbsi ilə bağlı hələ açıqlama verməyib.

Bu il aprelin 5-6-da Bakıda keçirilən Qoşulmama Hərəkatının konfransında İraq rəsmisi ölkəsində azərbaycanlı qadınların olması barədə məlumat verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG