Accessibility links

Elmar Məmmədyarov: ABŞ səfirliynin Yerusəlimə köçürülməsi BMT qətnaməsinə ziddir


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

“ABŞ Prezidentinin Yerusəlim şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 478 saylı (1980) qətnaməsinə zidd bir addımdır. Göründüyü kimi, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, bu hərəkət Fələstin-İsrail münaqişəsinin ədalətli və davamlı həllinə nail olmaq üçün ümidləri puç etdi və üstəlik bütün təhlükəli fəsadlarla humanitar fəlakətə yol açdı”. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mayın 18-də İstanbulda keçirilən Fövqəladə İslam Sammitində çıxışında bildirib.

Məmədyarov deyib ki, 60-dan çox fələstinlinin öldürülməsi və 2000 insanın yaralanması dərk edilməkdən uzaqdır.

“Biz, üzv dövlətlər və İƏT olaraq bu qan tökülməsini dayandırmaq və qınamaq üçün daha çox səylər ortaya qoymalıyıq. Həmişə olduğu kimi, Azərbaycan bu məsələyə töhfə verməyə hazırdır və biz bir daha tam həmrəyliyimizi və Fələstin məsələsinin ədalətli və hərtərəfli həlli üçün dəstəyimizi bildiririk. Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli Şərqi Yerusəlimin Fələstin Dövlətinin paytaxtı olmaqla “iki dövlət prinsipi”nə əsaslanmalıdır”, nazir qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG