Accessibility links

ABŞ dövlət katibinin köməkçisinin müavini Cənub Qaz Dəhlizi layihəsinin iştirakçılarını təbrik edib


Sandra Oudkirk
Sandra Oudkirk

ABŞ dövlət katibinin köməkçisinin müavini Sandra Oudkirk ilk qazın çatdırılması münasibəti ilə Cənub Qaz Dəhlizi layihəsinin iştirakçılarını təbrik edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat üçün məlumatında deyilir.

Səfirlik bildirir ki, Amerika dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Sandra Oudkirk mayın 29-da Azərbaycanın “Şahdəniz II” təbii qaz yatağından “ilk qaz”-ın 40 milyard dollar dəyəri olan Cənub Qaz Dəhlizinə çatdırılması mərasimində və 25-ci Xəzər Neft və Qaz Sərgisinin (COGS) açılışında iştirak edib.

Dövlət katibinin köməkçisinin müavini Oudkirk Türkiyə və Avropanın qaz təminatıni şaxələndirərək onların enerji təhlükəsizliyinə təkan verən, həmçinin Avropa və dünya enerji bazarlarına inteqrasiyasi sayəsində Xəzər bölgəsi dövlətlərinə faydalanmağa imkan yaradan mötəbər məqsədin əldə olunması münasibatilə iştirakçı ölkələri və şirkətləri təbrik edib.

Xanım Oudkirk Birləşmiş Ştatlar hökumətinin Cənub Qaz Dəhlizinin uzunmüddətli uğuruna dair öhdəliyini yenidən vurğulamış və ümid etmişdir ki, bölgənin digər dövlətləri də Avropanın qaz təchizatının diversifikasiyasına töhfə verərək Avropa ilə ticarət əlaqələrindən faydalanacaq.

Açılş mərasimində çıxış edən dövlət katibinin köməkçisinin müavini prezident Trump-ın Azərbaycan prezidenti İlham Əliyevə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik ildönümünə həsr olunmuş təbrik məktubuna istinaq edib. Prezident Trump qeyd edib ki, ABŞ-ın enerji məsələləri üzrə Azərbaycanla on illlərdir etdiyi əməkdaşlıq Avropada enerji təhlükəsizliyini artırmaq üçün Cənub Qaz Dəhlizi ilə ilk qazın çatdırılmasında qazanılmış böyük nailiyyətlər sayəsində ən yüksək nöqtəyə çatıb.

“Birləşmiş Ştatlarin müxtəlif administrasiyaları Cənub Qaz Dəhlizinə həm Avropanın enerji təhlükəsizliyinə verdiyi vacib töhfəyə, həm də Xəzər bölgəsi, Aralıq dənizi və İraqdan olan enerji təchizatçıları üçün imkanlar yaratmasına görə güclü dəstək verib”, Sandra Oudkirk qeyd edib.

Dövlət katibinin köməkçisinin müavini Oudkirk Bakıya səfəri zamanı prezident İlham Əliyevlə və enerji şirkətləri ilə görüşlər keçirərək Azərbaycanın və bölgənin enerji təhlükəsizliyinə dair müakirələr aparıb. O həmçinin regionda fəaliyyət göstərən enerji sahəsi üzrə peşəkarlar və şirkətlər üçün ABŞ-Birləşmiq Krallıq səfirlikləri tərəfindən təşkil olunan ziyafətdə iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG