Accessibility links

ABŞ prezidenti Cənub Qaz Dəhlizinin açılışı ilə bağlı təbrik məktubu imzalayıb


Donald Tramp

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə təbrik Azərbaycan prezidentinə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, Sizi və Azərbaycan xalqını Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə təbrik edirəm. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında 30 illik əməkdaşlığın bu mühüm nailiyyətini sizinlə birlikdə qeyd edirəm.

Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi

İlk müstəqil dövlətinin 100 illiyini qeyd edən Azərbaycan indi daha firavan və qlobal iqtisadiyyata bağlı bir ölkədir. Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir. Sizin qaz hasilatınız isə Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir.

Enerji layihələrinizin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatları davam etdirməyinizi dəstəkləyirəm. Bizim böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə sizinlə birgə işləmək əzmindəyəm”, ABŞ prezidenti bildirir.

Cənub Qaz Dəhlizinin açılış mərasimi mayın 29-da olub. Həmin gün həmçinin Bakıda 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi açılıb.

XS
SM
MD
LG