Accessibility links

Müsavat Partiyası növbəti qurultayını keçirəcək


Müsavat Partiyası qurultay hazırlıqlarına start verib. Bu barədə partiyanın iyunun 9-da keçirilən məclisində qərar qəbul edilib.

Məclis qurultaya hazıırlıq üzrə 31 nəfərdən ibarət təşkilat komitəsi yaradıb.

Məcilsin sessiyasında Müsavat başqanı Arif Hacılı ölkədəki ictimai-siyasi durum haqda danışıb, əsas hüquq və azadlıqların durumunun acınacaqlı olduğunu bildirib.

O, partiya fəallarının, ümumilikdə fəal insanların həbsinə diqqət çəkərək deyib ki, hakimiyyət xalqa düşmən münasibətindədir.

Müsavat Partiyasının bundan əvvəlki, sayca 8-ci qurultayı 2014-cü ilin sentyabrında keçirilib. Qurultay Arif HAcılını partiyasının başqanı seçib. Həmin vaxt alternativ namizəd Qubad İbadoğlu başda olmaqla bir qrup müsavatçı seçkinin nəticələrinə etiraz edərək partiyadan istefa verib.

Müsavat Partiyası 1911-ci ildə təsis edilib. Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci il noyabrın 8-də Bakıda keçirilən 3-cü qurultayında bərpa olunub. Qurultay İsa Qəmbəri partiya başqanı seçib. İsa Qəmbər 2014-cü ilədək partiyaya rəhbərlik edib.

İsa Qəmbər 1992-93-cü illərdə Milli Məclisin sədri olub. 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

XS
SM
MD
LG