Accessibility links

Elmar Məmmədyarov “Şərq Tərəfdaşlığı" ölkələri nazirlərinin görüşündə iştirak edəcək


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iyunun 21-22-də Minskdə keçiriləcək Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin xarici siyasət idarələrinin rəhbərlərinin qeyri-formal görüşündə iştirak edəcək.

Səfər çərçivəsində Məmmədyarovun nazirlərin tədbirində çıxışı, habelə ikitərəfli görüşləri planlaşdırılıb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Görüşə "Şərq Tərəfdaşlığı" ölkələrinin informasiya texnologiyaları nazirləri də qatılacaq.

Avropa İttifaqı tərəfdən görüşdə Avropanın genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han, rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə komissar Mariya Qabriyel iştirak edəcək.

"Şərq Tərəfdaşlığı" proqramına Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG