Accessibility links

Əbülfəz Elçibəyin 80 illiyi qeyd edilir


İyunun 24-ü mərhum prezident, Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin anadan olmasının 80 illiyi qeyd edilir. Onun 80 illik yubileyi dövlət tərəfindən qeyd edilməsə də, tərəfdarları, müxalifətdə olan çoxsaylı siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları, ziyalılar, ictimaiyyət tərəfsindən qeyd edilir. Azərbaycanda, Türkiyədə və bir sıra digər ölkələrdə elmi konfranslar, yubiley tədbriləri təşkil edilib.

İyunun 24-də ictimaiyyətin çoxsaylı nümayəndəsi Bakıda liderin məzarını ziyarət edir.

İyunun 24-də müstəqillik dövrünün ilk müstəqil mediası "Azadlıq" qəzetinin qurucusu Nəcəf Nəcəfovun da doğum günüdür. İcitmaiyyət nümayəndələri, müstəqil media tərəfdarları, ziyalılar Nəcəf Nəcəfodun da məzarını ziyarət edib.

Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 1938-ci il iyunun 24-də anadan olub, 2000-ci il avqustun 22-də vəfat edib.

Əbülfəz Elçibəy 1980-ci illərdə Azərbaycan xalq hərəkatının lideri, Azərbycan Xalq Cəbhəsinin sədri olub. O, 1992-1993-cü illərdə Azərbaycanın demokratik seçki yolu ilə seçilmiş prezidenti olub.

Əbülfəz Elçibəy və Nəcəf Nəcəfov
Əbülfəz Elçibəy və Nəcəf Nəcəfov

1993-cü ilin iyununda ölkəni qarşıdirmadan xilas etmək üçün Əbülfəz Elçibəy hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə gedib və orada 4 il 4 ay qaldıqdan sonra Bakıya qayıdıb. Bakıya qayıtdıqdan sonra yenidən Azərbaycan müxalifətinin lideri olub. 1997-ci ildə müxalifətin birləşdiyi Demokratik Konqresə sədr seçilib. Həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini yaradıb.

Nəcəf Nəcəfov 1955-ci il iyunun 24-də anadan olub və 1999-cu il dekabrın 14-də vəfat edib.

1986-cı ildə N.Nəcəfov "Molodyoj Azerbaydjana" qəzetinə redaktor təyin edilib. Onun rəhbərliyi dövründə "Molodyoj Azerbaydjana" ölkənin ən populyar və sevimli qəzeti olub. 1986-1988-ci illərdə "Molodyoj Azerbaydjana" faktiki olaraq Respublikanın mərkəzi qəzetinə çevrilib. 1988-ci ildə Qarabağ hadisələri başlayarkən bu qəzetin ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artıb. N.Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmayıb və 1988-ci ildə o, vəzifəsindən azad edilib. Həmin vaxtdan başlayaraq N.Nəcəfov faktiki olaraq siyasi fəaliyyətə keçib və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olub.

1989-cu ildə müstəqil "Azadlıq" qəzetini təsis edib.

XS
SM
MD
LG