Accessibility links

ABŞ səfirliyi Müstəqillik Günü münasibəti ilə qəbul təşkil edib [Fotoqalereya]&[Video]


ABŞ səfirliyi Müstəqillik Günü münasibəti ilə qəbul təşkil edib
please wait

No media source currently available

0:00 0:01:49 0:00

ABŞ səfirliyi Müstəqillik Günü münasibəti ilə qəbul təşkil edib

Qəbulda çoxsaylı insan iştirak edib

İyulun 4-də ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın müstəqilliyinin elan olunmasının 242-ci ildönümü münasibəti ilə rəsmi qəbul təşkil edib.

Qəbulda Azərbaycanın hökumət rəsmiləri, deputatlar, siyasi partiya rəhbərləri, ziyalılar, ictimaiyyətin nümayəndələri, diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndəliklərinin təmsilçiləri iştirak edib.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam R. Qil ABŞ və Azərbaycanın müstəqillik tarixindən danışıb.

“Fəxrlə qeyd edirəm ki, ABŞ-ın müstəqillik tarixinin 242-ci ildönümünü qeyd edirik. Tariximizi yad edib, müstəqilliyimizi qeyd edərkən 1918-ci ildə əsası qoyulmuş Azərbaycan Demokratik Respublikasının 100 illiyini də qeyd etməkdən xüsusi məmnunluq duyuruq”, o qeyd edib.

Uilyam Qil bildirib ki, 4 iyul tarixi ABŞ xalqı üçün ailələri və dostları ilə bir araya gəlib, demokratiyanı qeyd etmək, azadlıq üçün döyüşənləri yad etmək və əsas dəyərlərə sadiqliyi təsdiqləmək üçün bir imkandır. Bu dəyərlər müstəqillik bəyannaməsinin məşhur olan ilkin sətirlərində təsbiq olunub.

“Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabər hüquqlu yaradılıb. Yaradan öz bəndələrinə müəyyən toxunulmazlıq hüquqları bəxş edib. Onların sırasına yaşamaq, azadlqı, səadətə can atmaq hüququ da daxildir”, o müstəqillik bəyannaməsindən sitat gətirib.

Müvəqqəti işlər vəkili deyib ki, ABŞ debat və fikir ayrılığına açıq olan fəal xalqdır.

“Biz insanlar arasındakı fərqlilikləri dəyərləndiririk. Biz fərqindəyik ki, insanlar, tarix, mədəniyyət, inanclar və prinsiplərdən doğan bağlar vasitəsi ilə birləşir. Bizi səciyyələndirən də elə budur”.

Müvəqqəti işlər vəkili bu il şahidi olub ki, ölkənin hər yerində azərbaycanlılar Azərbaycan Demokratik Respublikasının 100 illiyinə sahib çıxır.

“Onlar bunu qürur mənbəyi kimi, habelə respublikanı regionda və dünyada parlaq işıq saçan dəyərlər barədə düşünmək üçün bir fürsət kimi qeyd edirlər. Bu dəyərlər demokratiya və bərabərlik, etiqad azadlığı və etnik dözümlülüyə sadiqlikdir. Prezident Vudro Vilson 100 il bundan əvvəl etdiyi kimi biz Azərbaycan Demokratik Respublikasını zamanının tərəqqipərvər öncülü etmiş idealları alqışlayırıq. Sizinlə birgə onu ehtiramla yad edirik. Həm azərbaycanlılar, həm amerikalılar bilir ki, tariximizi və əsas dəyərlərimizi ehtiramla yad etmək bizə imkan verir ki, haradan gəldiyimizi görək və anlayaq, cəmiyyət olaraq davam etmək istədiyimiz yolu müəyyənləşdirək”.

Uilyam Qil xatırladıb ki, Azərbaycan müstəqilliyini elan edəndən ABŞ onun yanında olub.

“Biz müstəqil, sabit, çiçəklənən və demokratik Azərbaycanı dəstəkləmək üçün Azərbaycan xalqı ilə birgə işləməkdə davam edirik. İnanıram ki, birgə işləyərək ölkələrimiz üçün daha yaxşı, hər kəsə yaşamaq, azadlıq və xöşbəxtliyə can atmaq imkanı verən gələcək qura bilərik və quracağıq”, o qeyd edib.

Azərbaycan hökuməti adından çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, ikitərəfli əlaqələr iki dövlətin maraqları çərçivəsində inkişaf edir.

"Bu gün Azərbaycan ABŞ-ın həyata keçirdiyi beynəlxalq antiterror fəaliyyətinə dəstək verir. ABŞ da öz növbəsində Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji layihələrinə həmişə güclü dəstək ifadə edir. Azərbaycan tərəfi Donald Trampın ölkəmizə münasibətini və ABŞ-ın Azərbaycandakı böyük enerji layihələrinin reallaşdırılmasına dəstəyini yüksək qiymətləndirir. Biz ABŞ-la əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə əminik. Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi biz Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ATƏT-in həmsədri kimi ABŞ-ın səylərinə böyük ümid bəsləyirik”, nazir Azərbaycan prezidentinin ABŞ-ın Müstəqillik Günü münasibəti ilə Donald Trampa ünvanladığı təbrik məktubundan sitat gətirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG