Accessibility links

İlham Əliyev: "Bu terror aktları dini şüarlar altında törədilib"


Hüquq mühafizə orqanlarının rəhbərləri
Hüquq mühafizə orqanlarının rəhbərləri

İyulun 13-də prezident İlham Əliyevin yanında respublikanın hüquq- mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

İclas Gəıncədə baş verən hadisələrdən sonra keçirilib.

Məlumata əlavə edilmiş fotoşəkildən göründüyü kimi, görüşdə yalnız müdafiə naziri iştirak etməyib. Güc qurumlarından başqa, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları şöbəsinin müdiri Fuad Ələsgərov və administrasiya rəhbəri Ramiz Mehdiyev görüşdə iştirak edib.

Prezidnet bildirib ki, iyulun 3-də və iyulun 10-da Gəncə şəhərində törədilmiş qanlı cinayətlər dövlətçiliyə qarşı törədilmiş cinayətlərdir. Bu terror aktları nəticəsində iki polis əməkdaşı həlak olub.

“Bu cinayətləri törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilmişdir. Bu terror aktları dini şüarlar altında törədilmişdir. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir”, o qeyd edib.

Dövlət başçısı Azərbaycanda xalq-iqtidar birliyinin olduğnu deyib.

“Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz. Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq”.

İlham Əliyev eyni zamanda bildirib ki, Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir.

“Dünya miqyasında Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayıb yaradır, qurur. Azərbaycan xalqının rahat yaşaması üçün biz əlimizdən gələni edirik”.

Dövlət başçısı deyib ki, Azərbaycana qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparır.

“Bunun heç bir səmərəsi olmur. Özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır. Bunun da nə ölkə daxilində, nə də ki, xaricdə heç bir təsiri olmadı. Bizim xarici əlaqələrimiz genişlənir. NATO-nun bu günlərdə keçirilmiş Zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu bir daha sübut etdi. Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir.

Yəni, bu cəhdlər əbəsdir. Bizim siyasətimizə, bizim iradəmizə şər qüvvələr heç cür təsir edə bilmir. Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir. Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG