Accessibility links

Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollar dəyərində müqavilələr imzalanıb


İlham Əliyev və Emmanuel Makron

Azərbaycan prezidentinin Fransaya səfəri zamanı Fransa şirkətləri ilə 2 milyard dolaar dəyərində müqavilələr imzalanıb.

Prezident İlham Əliyev Fransa prezidenti Emmanuel Makronla görüşündə deyib ki, səfəri çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər aparılıb.

“Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr reallaşdırıldığı təqdirdə onların həcmi daha da artacaq. Həmçinin enerji təhlükəsizliyi məsələsi müzakirə olunub, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra edildiyi vurğulanıb. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub”.

Prezidentlərin görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Prezident İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib.

"Ümidvarıq ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın prezidenti şəxsən bu münaqişənin həllində fəal iştirak edəcək, Əliyev qeyd edib.

İmzalanan sənədlər aşağıdakılardır.

- “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “SUEZ Group” arasında operativ təlim, know-how transfer və texniki yardım üzrə 2014-cü il tarixli Xidməti Müqaviləyə 2 nömrəli Əlavə, “Azərsu” ASC və “SUEZ Group” arasında Sumqayıt şəhərində suyun və su itkisinin idarə olunmasına dair Niyyət Sazişi imzalanıb.

- “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində əməkdaşlıq fəaliyyətinə dair Çərçivə Sazişi imzalanıb.

- “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Modern Construction Group”, “Thales” şirkəti arasında mülki aviasiya sahəsində sənaye əməkdaşlığı, Heydər Əliyev Beynəlxalq Aeroportu üçün radiolakasiya sisteminin quraşdırılması, “Thales” şirkəti ilə həmçinin kibertəhlükəsizlik üçün tam təhlilin hazırlanması və uçuş heyətləri üçün inteqrasiya edilmiş brifinq sisteminin yaradılması üzrə sənədlər imzalanıb.

XS
SM
MD
LG