Accessibility links

Gəncədə sui-qəsddə iştirakda şübhəli bilinən daha bir nəfər öldürülüb


Sərxani Ağa Hüseyn oğlu
Sərxani Ağa Hüseyn oğlu

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı Yunis Səfərovla birlikdə sui-qəsd törətmək planlarını hazırlamış şəxslərdən daha biri öldürülüb.

Hüquq mühafizə orqanlarından AZƏRTAC dövlət agentliyinə bildiriblər ki, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adamöldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyinə görə “Aslanlar” qrupu tərəfindən öldürülüb.

Agentlik hüquq mühafizə orqanlarına istinadən bildirir ki, o, 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.

Gəncə hadisələrindən sonra üç nəfər öldürülüb, 20-dən çox adam həbs edilib.

İyulun 3-də əslən Gəncədən olan Rusiya vətəndaşı Yunis Səfərov Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə bir neçə atəş açıb.

Hazırda Elmar Vəliyev müalicə olunur. Onun səhhəti barədə açıqlama verilmir.

İyulun 10-da isə Gəncədə aksiya zaman şəhər polis rəhbərliyində təmsil olunan iki yüksək rütbəli zabit öldürülüb.

XS
SM
MD
LG