Accessibility links

ABŞ Rusiyanın Krımın anneksasiyası cəhdini rədd edir


Michael R. Pompeo
Michael R. Pompeo

ABŞ hökuməti Krımla bağlı bəyannatla çıxış edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin rəsmi internet səhifəsində dərc edilmiş bəyanatda deyilir:

"Rusiya 2014-cü ildə Ukraynanın işğalı və Krımı anneksasiya etməsi cəhdi ilə demokratik dövlətlər tərəfindən paylaşılan əsas beynəlxalq prinsipi: heç bir ölkə digərinin sərhədlərini zorla dəyişdirə bilməz, – pozmağa çalışırdı. Dünya ölkələri, o cümlədən Rusiya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində bu prinsipə razılıq verərək, hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təhdid və ya güc tətbiqindən çəkinməyə söz verib. Helsinki Yekun Aktında təsdiq edilmiş əsas prinsip – bizim birgə təhlükəsizlik və təhlükəsizliyimizin əsaslandığı təməllərdən biridir.

1940-cı ildə Velles Bəyannaməsində qeyd etdiyimiz kimi, ABŞ Kremlin beynəlxalq hüquqa zidd olaraq zorla ələ keçirilmiş ərazilər üzərində suverenlik iddialarını tanımaqdan imtina etməsini bir siyasət olaraq təsdiq edir. ABŞ müttəfiqləri, tərəfdaşları və beynəlxalq ictimaiyyət ilə birgə Rusiyanın Krımın anneksasiyası cəhdini rədd edir və Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər bu siyasətin saxlanılmasına söz verir.

Birləşmiş Ştatlar Rusiyanı uzun müddət riayət etdiyini iddia etdiyi prinsiplərə hörmət etməyə və Krımın işğalına son verməyə çağırır. Demokratik dövlətlər azad, ədalətli və çiçəklənən bir dünya qurmağa çalışan zaman, biz suveren bərabərlik prinsipinə sadiq qalmalı və digər dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmalıyıq. Rusiya öz hərəkətləri ilə böyük millətə layiq olmayan bir şəkildə hərəkət etdi və özünü beynəlxalq ictimaiyyətdən təcrid etməyi seçdi", sənəddə qeyd edilir.

XS
SM
MD
LG