Accessibility links

Ədalət Naminə Həmrəylik Komitəsi saytların bloklanması və siyasi məhbus problemini müzakirə edib


Ədalət Naminə Həmrəylik Komitəsi
Ədalət Naminə Həmrəylik Komitəsi

Ədalət Naminə Həmrəylik Komitəsi avqustun 15-də Azərbaycanın ictimai həyatının mühüm məsələlərinə həsr olunmuş onlayn konfrans keçirib.

Onlayn konfransın gündəliyində media-saytların son bloklanması, ReAl hərəkatının lideri İlqar Məmmədovun həbsdən azad edilməsi fonunda siyasi məhbuslar problemi, gənc fəal Orxan Baxışlının işi, habelə hüquqşünas Aslan İsmayılova təzyiq məsələləri olub.

Tədbir Aslan İsmayılovun çıxışı ilə başlayıb. O, Apellyasiya Məhkəməsində növbəti məhkəmə iclasına tələsdiyini bildirib. İsmayılov deyib ki, ona qarşı müxtəlif vaxtlarda üç iddia üzrə məhkəmə təhqiqatı aparılır və onlar hamısı onun həbs edilməsi məqsədilə saxtalaşdırılıb. Canlı efirdə ədliyyə naziri Fikrət Məmmədovu, milli onkologiya mərkəzinin rəhbəri Cəmil Əliyevi, prezidentin köməkçisi Əli Həsənovu, habelə Baş Prokurorluğu onu onların ünvanına tənqidi çıxışlara görə azadlıqdan məhrum etmək cəhdlərində ittiham edib.

Ədalət Naminə Həmrəylik Komitəsi
Ədalət Naminə Həmrəylik Komitəsi

Saytların bloklanması faktları haqqında işlə bağlı Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və digər KİV rəhbərləri çıxış ediblər.

Əliyev qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytların bloklanması haqqında qərarlarından əvvəl hakimiyyət uzun müddət iş aparıb. Son iki ildə qanunvericiliyə medianın işini dayandırmaq və azad informasiya məkanını bloklamaq imkanı verən dəyişikliklər edilib.

Son 10 gündə 5 media saytının bloklanması cəhdi olub, amma media ictimaiyyətinin, beynəlxaql strukturların, habelə hakimiyyətin yüksək eşelonlarında bəzi şəxslərin fəal qarşıdurması nəticəsində bu cəhd həyata keçirilməyib. Bununla yanaşı media rəhbərləri hesab edir ki, KİV-ə qarşı hücum bərpa oluna bilər və buna görə onlar bloklanmalara yol verməmək üçün zəruri addımları atmasını vacib hesab edir.

Onlayn konfransın iştirakçıları məhkəmə rəhbərliyini narkotik istehsalında, daşınmasında və istifadəsində ittiham olunan gənc siyasi fəal Orxan Baxışlığının işi üzrə məhkəmənin hazırlıq iclasında ictimaiyyətin iştirakan verilməməsinə görə tənqid edib. Bu ittihamlarla siyasi məhbus hesab olunan çox insan həbs olunub. Baxışlının işi üzrə məhkəmə prosesinə böyük diqqət yetirməyə qərar verilib.

Komitə növbəti iclasda "Azərişıq" MMC-nin istehlakçıların elektrik enerjisindən istifadəyə görə əsassız hesablarla bağlı şikayətləri ilə əlaqədar şəffaflığı məsələsini, habelə digər məsələləri dinləmək niyyətindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG