Accessibility links

İsrailin müdafiə naziri Azərbaycanda görüşlərini davam etdirir


Azərbaycanda səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Liberman sentyabrın 13-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovla, sentyabrın 14-də isə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, iki ölkənin müdafiə nazirlərinin görüşündə regional təhlükəsizlik, hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

A.Libermanın Kəmaləddin Heydərovla görüşündə Fövqəladə Hallar Nazirliyi ilə İsrail Müdafiə Nazirliyi Fövqəladə Halların İdarə Edilməsi Milli Agentliyinin səmərəli əməkdaşlığı qeyd edilib.

Kəmaləddin Heydərov və Aviqdor Liberman
Kəmaləddin Heydərov və Aviqdor Liberman

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirlər iki dövlət arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb, bu istiqamətdə gələcəkdə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Elçin Quliyev və Aviqdor Liberman
Elçin Quliyev və Aviqdor Liberman

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə Aviqdor Libermanın görüşündə hərbi-texniki və təhlükəsizlik sahələrində birgə fəaliyyətlərin uğur­la həyata keçirildiyi vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, müzakirələr zamanı regionda cərəyan edən hadisələr, sərhəd təhlükə­sizliyinə olan çağırışlar və təhdidlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın gələcək perspektivləri və istiqamətləri nəzərdən keçirilib, ikitərəfli əlaqələrin uğurla inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərin davam etdiril­məsinin vacibliyi vurğu­lanıb.

XS
SM
MD
LG