Accessibility links

Azərbaycan xarici işlər naziri Nyu-Yorka gedib


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə səfər çərçivəsində Elmar Məmmədyarovun BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı, BMT-nin cari sessiyasının gündəliyinin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirakı və ikitərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi hələ bu ilin iyulunda BMT Baş Assambleyasının sessiyası zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün nəzərdə tutulduğunu bildirib.

XS
SM
MD
LG