Accessibility links

Vladimir Putin: Azərbaycanda 300-dən çox rusdilli məktəb var


Rusiya Azərbaycanda rus dilinə hakimiyyət və cəmiyyət tərəfindən verilən dəstəyi yüksək qiymətləndirir.

TASS agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin sentyabrın 27-də Bakıda keçirilən Doqquzuncu Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxış edərkən belə deyib.

"Rus dilinə olan marağı görürük və yüksək qiymətləndiririk. Və bu, təkcə Azərbaycan vətəndaşlarının rus dilinə olan marağı deyil, həm də dövlət tərəfindən, bələdiyyələrdə, şəhərlərdə köməkdir. Azərbaycan prezidentinin haqqında dediyi 300-dən çox məktəb, əlbəttə, bazadır, amma ən əsas baza insanların ürəyində, beyinlərindədir. Bu, əməkdaşlığa, əlaqələrin qorunmasına və inkişafına aşkar cəhd deməkdir", Putin qeyd edib.

Rusiya prezidenti bildirib ki, ümumilikdə Rusiya və Azərbaycan humanitar əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. O cümlədən, elmi və tələbə mübadilələrinin sayı artır, yüksək peşəkarlıq səviyyəsinə malik kadrların hazırlanması üzrə birgə proqramlar işlənib hazırlanır.

"Biz, şübhəsiz ki, ölkələrimizin təhsil, mədəniyyət, elm sahəsində əlaqələrinə hər cür təkan vermək, təşviq etmək niyyətindəyik", dövlət başçısı deyib.

Həmçinin, Putin turizm sahəsində ikitərəfli əlaqələrin inkişafına diqqət çəkib. Onun sözlərinə görə, Xəzərdə dəniz kruiz səyahətlərini birgə inkişaf etdirmək planlaşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG