Accessibility links

Elmar Məmmədyarov: Dünyada münaqişələrin və zülmkarlığın artması narahatlıq doğurur


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

“Dünyanın bir çox yerində, xüsusən də müsəlman aləmində artan gərginlik və qeyri-sabitlik daxil olmaqla, sülh və təhlükəsizlik problemləri həll olunmamış qalan münaqişələr və dözümsüzlük təzahürləri ilə daha da ağırlaşır. Azərbaycan əmindir ki, davamlı sülh yalnız dialoq, dinc şəraitdə birgə mövcudluq və qarşılıqlı anlaşma yolu ilə nail oluna və saxlanıla bilər”.

Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin xarici işlər nazirlərinin sentyabrın 28-də Nyu-Yorkda keçirilən İllik əlaqələndirmə yığıncağındakı çıxışında bildirib.

O deyib ki, son illərdə dünya miqyasında münaqişələr və zülmkarlığın nəticəsi olaraq zor gücünə didərgin salınma hallarının rekord həddə çatması ciddi narahatlıq doğurur.

“Dünyada baş verən bu köçürmələrin ciddi artımı həm şiddətdən qaçmış milyonlarla insanın hüquqlarını bərpa etmək, həm də gələcəkdə didərgin düşmüşlərin sayının daha da çoxalmasının qarşısını almaq məqsədilə, beynəlxalq ictimaiyyət tərəfindən müvafiq hərtərəfli tədbirlər görülməlidir”.

Azərbaycansayı 700 mini aşan yüz minlərlə mülki Rohingya sakininlərinin qonşu Banqladeşdə davam edən məcburi məskunlaşmasından ciddi narahatdır.

“Ermənistan tərəfindən törədilən təcavüz nəticəsində yüz minlərlə didərgin düşmüş insanların yerləşdirilməsi üzrə ağır təcrübəyə malik Azərbaycan qaçqın və məcburi köçkünləri qəbul edən ölkələrin qarşılaşdığı təhdidləri aydın dərk edir. Ümidvarıq ki, Rohingya müsəlmanlarının öz doğma yerlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüquqları tezliklə yerinə yetiriləcəkdir”.

Fəsləstin probılemindən danışan nazir Məmmədyatov deyib:

“Qardaş Fələstinin xalqına sülh, sabitlik və davamlı inkişafa nail olmaq uğrunda mübarizədə Azərbaycanın tam dəstəyini bir daha təsdiq etmək istərdim. Azərbaycan Fələstin Dövlətinin paytaxtı Şərqi Yerusəlimdə olmaqla İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipinə əsasən həllinə davamlı şəkildə sadiqdir”.

Nazir Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətləri Bakının EXPO-2025 ev sahibliyi etmək üçün namizədliyini dəstəkləməyə çağırıb.

XS
SM
MD
LG