Accessibility links

Corc Kent: "Ümid edirəm ki, gələn səfərimdə Azərbaycanda Azadlıq Radiosunu dinləyə biləcəm” [Video]


Corc Kent: "Ümid edirəm ki, gələn səfərimdə Azərbaycanda Azadlıq Radiosunu dinləyə biləcəm”
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Corc Kent: "Ümid edirəm ki, gələn səfərimdə Azərbaycanda Azadlıq Radiosunu dinləyə biləcəm”

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Azərbaycanda səfərdə olub

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent oktyabrın 9-da və 10-da Bakıda rəsmi səfərdə olub. O prezident İlham Əliyev, xarici işlər xaziri Elmar Məmmədyarov, energetika naziri Pərviz Şahbazov, Azərbaycanın bizness dairələrinin nümayəndələri, siyasi müxalifət və vətəndəş cəmiyyətinin üzvləri ilə görüşlər keçirib.

Oktyabrın 10-da keçirdiyi mətbuat konfransında Corc Kent bildirib ki, görüşlər zamanı bir sıra vacib məsələlərə toxunulub, Avropanın enerji təhlükəsizliyinə və Azərbaycanın iqtisadi müstəqilliyinə təminat verən Cənub Qaz Dəhlizi lahiyəsinin vacibliyi vurğulanıb.

Corc Kentin mətbuat konfransı
Corc Kentin mətbuat konfransı

“Cənub Qaz Dəhlizi çox mühüm və geniş bir layihədir. Bu layihəyə müxtəlif dövlətlər və şirkətlər milyardlarla dollar vəsait xərcləyib. 3500 kilometr uzunluğu olan dəhliz vasitəsi ilə bölgənin enerji ehtiyatlarının Avropaya çatdırılması təmin olunacaq. Bu layihə dövlətlər və xalqlar arasında əməkdaşlığın və firəvanlığın inkişafına xidmət edir”.

Cənab Kent Azərbaycanın rəhbərləri ilə bölgədə təhlükəsizliyin gücləndirilməsi məsələlərini müzakirə etdiyini diqqətə çatdırıb.

Regional təhlükəsizlikdən danışarkən Azərbaycanın qonşusu olan bir neçə dövlətlərin fəaliyyətlərini də müzakirə etmişik. Bu dövlətlərin fəaliyyəti bölgədə heç də təhlükəsizliyin gücləndirilməsinə xidmət etmir.

“Bölgədə təhlükəsizliyin gücləndirilməsi sahəsində Azərbaycanın atdığı addımı yüksək qiymətləndiririk. Buna Azərbaycanın Əfqanıstanda verdiyi mühüm töhfələr və ölkənin sülhməramlılarının Əfqanıstanda etdiyi xidmət də daxildir. Regional təhlükəsizlikdən danışarkən Azərbaycanın qonşusu olan bir neçə dövlətlərin fəaliyyətlərini də müzakirə etmişik. Bu dövlətlərin fəaliyyəti bölgədə heç də təhlükəsizliyin gücləndirilməsinə xidmət etmir. Bu sıraya Rusiya və İran tərəfindən göstərilən fəaliyyətlər daxildir ki, bu fəaliyyətlərə görə ABŞ həmin dövlətlərə qarşı sanksiyalar tətbiq edib”.

O həmçinin bölgədə terrorçuluğa qarşı mübarizədə və İranın qeyri qanuni yolla nüvə silahının əldə olunmasına qarşı beynəlxalq səylərdə ABŞ-ın paylaşdığı məqsədləri müzakirə edib.

Cənab Kent eyni zamanda kənd təssərüfatı, turizm, nəqliyyat və loqistika, informasiya texnologiyaları sahələrinə yatırılan investisiyalar sayəsində Azərbaycanın iqtisadi diversifikasiya üçün ABŞ ilə apardığı əməkdaşlığa dair müzakirələr aparıb və bu sahədə ABŞ şirkətlərinin imkanlarını vurğulayıb.

“Mənim səfərim ABŞ və Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına xidmət edir. Düşünürəm ki, hər bir kəs ABŞ-la Azərbaycan arasında əlaqələrin daha fəal olmasını görmək istəyir. ABŞ Azərbaycanı daha firəvan, daha təhlükəsiz, daha inkişaf etmiş görmək istəyir”, o qeyd edib.

Dövlət katibinin köməkçisinin müavini Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən deyib ki, görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlərin əldə olunmasına da toxunulub.

Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsiplərinə əsaslanan gücün istifadə olunmaması, ərazi bütövlüyü, xalqların müqəddaratını müəyyən etmək hüququ da daxil olmaqla Helsinki Yekun Aktına uyğun həll yolunun tapılmasının tərəfdarıyıq.

“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir və üzərimizə düşən məsuliyyəti çox ciddi qəbul edirik. Biz Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsiplərinə əsaslanan gücün istifadə olunmaması, ərazi bütövlüyü, xalqların müqəddaratını müəyyən etmək hüququ da daxil olmaqla Helsinki Yekun Aktına uyğun həll yolunun tapılmasının tərəfdarıyıq. ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə sadiqdir. ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar tərəflərin gərginliyin azalması və dinc həll yolunun əldə olunması istiqamətində göstərdikləri səyləri alqışlayir”.

O 2014-cü ilin dekabrında Azərbaycanda fəaliyyəti dayandırılmış Azadlıq Radiosundan da danışıb.

“Ümid edirəm ki, gələn dəfə Azərbaycana səfərim zamanı Azadlıq Radiosunun müxbirini də sizin aranızda görəcəm. Media azadlığı toplaşmaq və söz azadlığı ilə yanaşı cəmiyyətlərin uğurunu təmin edən amillərdəndir”, o qeyd edib.

Corc Kent Amerikanın Səsinin demokratiya və insan haqları ilə bağlı sualının cavabında deyib ki, görüşlərində bu məsələlərə toxunub.

“Fundamental prinsiplərin təminatı cəmiyyətin inkişafına təkan verən amildir. Bu vətəndaşların gələcəyi üçün də çox mühüm amillərdən biridir. Ümid edirəm ki, gələn səfərim zamanı Azərbaycanda Azadlıq Radiosunu dinləyə biləcəm”.

Ümid edirəm ki, gələn dəfə Azərbaycana səfərim zamanı Azadlıq Radiosunun müxbirini də sizin aranızda görəcəm.

O Amerikanın Səsinin regionda təhlükəsizlik məsələləri ilə bağlı sualının cavabında deyib ki, təhlükəsizliklə bağlı müxtəlif səpkili məsələlərə toxunub.

“Bunlardan biri, Azərbaycanın Əfqanıstan məsələsində oynadığı vacib rolu qeyd etdim. Azərbaycan Əfqanıstanın problemlərinin həllində dəstək verir. Enerji təhlükəsizliyi məsələsi də diqqət mərkəzində olub. Biz bilirik ki müəyyən dövlətlər enerji amilindən bir silah kimi istifadə edir. Cənub Qaz Dəhlizi kimi layihələr bölgədə enerji təhlükəsizliyinə təminat verir. Biz kiber təhlükəsizlik məslələrinə də toxunduq. Mən Ukraynada olduğum vaxtlarda Rusiyanın kiber hücumu nəticəsində, göndərdiyi virusla Ukraynanın bütün elektrik xətləri sıradan çıxarılmışdı. 2017-ci ilin iyun ayında da virus hücumu ilə korporosiyaların fəaliyyəti sıradan çıxarılmışdı. Bu səbəbdən də biz təhlükəsizlikdən danışarkən sadəcə hər zaman silahları və artileriyanı nəzərdə tutmuruq, başqa sahə də var ki, bu sahəyə komputer virusları daxildir”, o qeyd edib.

Dövlət katibinin köməkçisinin müavini sullara cavabda ATƏT-in Minsk qrupunun həmsədlərinin iki həftədən sonra Azərbaycan və Ermənistana səfər edəcəyini bildirib.

“Azərbaycan və Ermənistan liderlərinin Düşənbədəki görüşü yaxşı bir siqnaldır, yaxşı rəmzi məna daşıyır. Bu görüşdən sonra qoşunların təmas xəttində gərginliyin səviyyəsi kifayət qədər azalıb”.

O Amerika vətəndaşlarının Dağlıq Qarabağa səfəri ilə bağlı sualın cavabında deyib ki, “ABŞ konsulluqları bir qayda olaraq Amerika vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməyi tövsiyə edir”.

“Federal hökumət “Dağlıq Qarabağ” ifadəsindən istifadə edir. Məsələn, mən ABŞ rəsmisi kimi Dağlıq Qarabağa səfər etmirəm”, o qeyd edib.

Cənab Kent jurnalistlərin təhlükəsizliyi və jurnalist Əfqan Muxtarlının Gürcüstanda saxlanaraq Azərbaycana gətirilməsi ilə bağlı sualın acavabda deyib ki, ölkəsindən asılı olmayaq istənilən jurnalistin təhlükəsizliyi ABŞ üçün çox vacib məsələdir.

“Əfqan Muxtarlının məsələsini burada deyil, iki həftə öncə ABŞ-a səfər edən Grücüstan rəsmiləri, o cümlədən xarici işlər naziri ilə müzakirə etmişik”, o qeyd edib.

XS
SM
MD
LG