Accessibility links

"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı AŞPA-ya müraciət edib


Siyasi məhbuslar
Siyasi məhbuslar

Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin edilməsi xahiş edilir

"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin edilməsi üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət olunub.

Qurumun rəhbəri Oqtay Gülalıyevin Amerikanın Səsinə verdiyi məlumata görə müraciət alyansın iclasında qəbul olunub.

Məlumata görə, iclasda siyasi məhbuslarla bağlı vəziyyət geniş müzakirə olunub.

Son vaxtlar siyasi məhbuslarla bağlı keçirilən məhkəmələrdə onlara uzunmüddətli cəza verilməsi, hökumətin siyasi məhbus problemini həll etmək əvəzinə ictimai - siyasi fəalları həbsə atması pislənilib.

Alyans üzvləri fəaliyyəti məhdudlaşdırılan və nəzarət altında saxlanan, ölkədən çıxışına yasaq qoyulan siyasi fəallarla bağlı ictimai dinləmə keçirilməsinə də qərar veriblər.

Hüquq-müdafiə təşkilatları Azərbaycanda 130-dan çox siyasi məhbusun olduğunu bildirir. Hakimiyyət nümayəndələri isə ölkədə siyasi fəaliyyətinə görə heç kimin cəzalandırılmadığını deyir.
XS
SM
MD
LG