Accessibility links

Siyasətə daxil olan rus biznesmen məhkəmə ittihamları ilə üzləşdi


Siyasətə daxil olan rus biznesmen məhkəmə ittihamları ilə üzləşdi
Siyasətə daxil olan rus biznesmen məhkəmə ittihamları ilə üzləşdi

Rusiya mediası xəbər verir ki, bu yaxınlarda siyasətə daxil olan maqnatı yerli hakimiyyət 70 milyon dollar həcmində vergilər ödəmədəyinə görə məhkəməyə verib.

Sibirin Krasnoyarsk şəhərində vergi müfəttişləri Oneksim investisiya şirkətinin rəhbəri Mixail Proxorova qarşı məhkəmə işi qaldırıblar.

Rəsmilər mediaya bildiriblər ki, Proxorov 2008-ci ildə Britaniyadakı tranzaksiya ilə bağlı vergi ödəməyib. Yerli vergi müfəttişləri Rusiyanın anti-monopoliya xidmətindən xahiş ediblər ki, maqnata qarşı məhkəmə işində onlara yardım etsinlər.

Rusiyanın ən varlı adamlarından biri sayılan Proxorov ötən ay bizneslərə yaxın Ədalətli Mübarizə Partiyasına rəhbərlik edəcəyini elan edərək dekabrda keçiriləcək parlament seçkilərinə qatılacağını bəyan edib.

XS
SM
MD
LG