Accessibility links

Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası namizədliyini irəli sürdüyü şəxsləri müdafiə edəcək


YAP icra katibinin müavininin Amerikanın Səsinə müsahibəsi

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Amerikanın Səsinə müsahibəsində parlamentin buraxılmasından və yeni seçkilərdən danışıb.

Amerikanın Səsi: Bir sıra müxalifət liderləri parlamentin buraxılmasını siyasi böhran hesab edir? Siz necə hesab edirsiniz?

Hər hansı bir böhrandan danışmaq olmaz.


Siyavuş Novruzov: Parlamentin buraxılması heç bir siyasi böhranla əlaqəli deyil. Parlamentin buraxılması Yeni Azərbaycan Partiyası Siyasi Şurası tərəfindən irəli sürülən və parlamentə təqdim edilən qərara uyğun olaraq, Azərbaycanda həyata keçirlən islahatlara dəstəkdir. Yəni, icra strukturlarında, hüquq-mühafizə orqanlarında və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi ilə yanaşı qanunverici orqanında da islahatların sürətləndirilməsi gedən islahatlara dəstəklə əlaqədardır. Burada hər hansı bir böhrandan danışmaq olmaz.

Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası namizədliyini irəli sürdüyü şəxsləri müdafiə edəcək
please wait

No media source currently available

0:00 0:07:36 0:00

Amerikanın Səsi: Azərbyacnda parlamentin buraxılması 1918-ci ilin iyun böhranından, 1920-ci il aprel böhranından sonra baş verib. 1991-ci ilin noyabrında Ali Sovetin səlahiyyətləri Milli Şuraya keçib və indi Milli Məclis buraxılıb. Hər dəfə parlament böhranından sonra ölkədə yeni siyasi situasiya müşayiət olunub. İndi parlamentin buraxılmasından sonra ölkədə hansı yeni siyasi situasiya gözləmək olar?

Parlamentin buraxılması ümumiyyətlə hüquqa əsaslansa da, əslində bu siyasi qərardan irəli gələn bir məsələdir. O baxımdan da Azərbaycanda yeni inkişaf mərhələsi başlayıb.


Siyavuş Novruzov: Ümumilikdə parlamentin buraxılması dünya ölkələrində mövcuddur. Məsələn, İtaliyada 9 dəfə parlament buraxılıb, konstitusiya qəbul olunub. İspaniyada, Böyük Britaniyada, Almaniyada, Türkiyənin özündə, ayrı-ayrı ölkələrdə, müxtəlif vaxtlarda bu addımlar atılıb. Parlamentin buraxılması ümumiyyətlə hüquqa əsaslansa da, əslində bu siyasi qərardan irəli gələn bir məsələdir. O baxımdan da Azərbaycanda yeni inkişaf mərhələsi başlayıb. Bu inkişaf mərhələsinə təkan verməkdən ötrü parlamentin buraxılıb yeni parlamentin seçilməsi və xalq tərəfindən oraya seçiləcək nümayəndələr, bu, islahatlara daha geniş şəkildə dəstək verərək, onun təbliği ilə məşğul olması, ona uyğun qanunlar qəbul etməsi və Azərbaycanın beynəlxalq aləmdə layiqincə təmsil etməsi vacibdir. Yeni parlamentdən ancaq bunu gözləmək olar.

Amerikanın Səsi: Bu seçkilərdən sonra ölkədə hansı yeni siyasi situasiya yaranacaq?

Siyavuş Novruzov: Ölkədə ictimai-siyasi sabitlik daha da möhkəmlənəcək. Bu, ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə xidmət edəcək. İqtisadiyyatın inkişafına, sosial problemlərin həll olunmasına, Azərbaycanda struktur islahatlarının davamlılığına xidmət edəcək.

Amerikanın Səsi: Sizcə deputat mandatından imtina etmiş deputatlar yeni təyin edəiləcək parlament seçkilərində öz namizədliklərini irəli sürə biləcəklərmi? Buna necə baxırsınız?

Yeni Azərbaycan Partiyasında bu, partiyanın qərarı ilə olacaq.

Siyavuş Novruzov: Yaşı 18-ə çatmış, 10 il Azərbaycanda yaşamış Azərbaycan Respublikasının vətəndaşlarının hər biri parlament seçkilərində öz namizədliyini irəli sürə bilər. O cümlədən də, parlamentdə olmuş və hazırda parlament üzvü olan deputatlar təkrarən öz dairələrindən və ya başqa dairələrdən namizədliyini irəli sürə bilər. Yeni Azərbaycan Partiyasında bu, partiyanın qərarı ilə olacaq. Yəni, partiya kimin hansı dairədən namizədliyini irəli sürməsini müəyyənləşdirəcək. Bu tədqiqatlar nəticəsində həyata keçiriləcək. Digərləri isə fərdi qaydada və yaxud hansı siyasi partiyaya mənsubdursa, artıq o siyasi partiyanın və yaxud özünün qərarından asılı olacaq.

Amerikanın Səsi: Yeni Azərbaycan Partiyası indi mandatından imtina etmiş, partiya üzvü olan deputatları yeni seçkilərdə müdafiə edəcəkmi?

Siyavuş Novruzov: Təbii ki, kimin namizədliyini irəli sürəcəksə, onu müdafiə edəcək. Kim ki, seçilməyəcək, xalq tərəfindən səs almayacaq və yaxud da namizəliyini irəli sürməyəcək, o insanlar da partiyanın aktiv üzvləridir və partiya həyatında daim iştirak edəcək.

Amerikanın Səsi: Bir də Milli Şuranın seçkiqabağı mühitlə bağlı bəyanatına münasibətiniz necədir?

Sadaladığınız Milli Şura, Xalq Cəbhəsi Partiyası 10 nəfər, yaxud da 20 nəfərin ardıcıl şəkildə adını çəksin ki, bunları namizəd kimi irəli sürə bilər.

Siyavuş Novruzov: Milli Şuranın verdiyi bəyanat xalqı çaşdırmaqdan irəli gəlir. Mənim kifayət qədər arqumentlərim var ki, bunlar yanlış informasiya verirlər. Ya “Seçki Məcəlləsi”ni və konstitusiyanı bilmirlər. Və yaxud da dolayısı ilə insanları çaşdırmağa xidmət edirlər. Namizədlərin qeydə alınmasının dünya ölkələri arasında ən asan yolu Azərbaycandadır. Bir dairədən 450 imza toplamaq tələb olunur. Yəni 40-45 min seçicidən 450 imza, bu seçicilərin ümumi 1 faizi qədərdir. Bir ərizə verib və 450 imza toplayaraq təqdim etməklə namizədlik qeydə alınır. İkinci bir tərəfdən namizədlərin təbliğat-təşviqat kampaniyası aparması üçün hər bir dairənin ərazisində yerlər ayrılır, o proses həyata keçirilir. O cümlədən, xatırlayırsınızsa keçmişdə, bu, 2000 imza idi. Bu 2000 imzadan 450 imzaya düşdü. Qabaqlar bir namizədə bir seçici imza verə bilərdisə, indi bir seçici bir neçə namizədə imza ata bilər. O cümlədən hər bir dairədə qeydiyyatdan keçmiş namizəd məşvərətçi səs hüquqlu üzv və müşahidəçi təyin edə bilər. Bu aşkarlığın təmin edilməsinə xidmət edir. Yəni, bütün bunların hamısı onu göstərir ki, Azərbaycanda tam demokratik mühit var. Onların gətirdiyi arqumetnlərin heç biri düzgün deyil. Ən gülünc arqument də hava şəraiti ilə bağlıdır ki, bunlar misal gətirir ki, hava soyuqdur, bununla əlaqədar seçki prosesində iştirak etmək çətinləşir. Bu, əkin deyil, biçin deyil, pambıq əkmirsən, pambıq yığmırsan, bu, seçkidir. Onda belə çıxır ki, Kanadada, İslandiyada heç vaxt seçki keçirilməsin ki, orada sərt soyuqlar olur. Yaxud da elə isti ölkələr var ki... Bu ondan irəli gəlir ki, bunların konkret namizədləri yoxdur. Sadaladığınız Milli Şura, Xalq Cəbhəsi Partiyası 10 nəfər, yaxud da 20 nəfərin ardıcıl şəkildə adını çəksin ki, bunları namizəd kimi irəli sürə bilər. Yoxdur, bunlarda bu namizədlər. O baxımdan da namizədlərinin olmaması məhz onların seçkilərdə iştirak etməsinə maneçilik törədir və maneçilik törətdiyinə görə də bunlar seçkilərdə iştirak etmir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG