Accessibility links

Sizin istəyinizə müvafiq latte hazırayan robot barista


Sizin istəyinizə müvafiq latte hazırayan robot barista
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Robotik barista Robin ilə tanış olun. O, kappuççinonu və ya digər mürəkkəb içki növlərini beşcə dəqqəyə hazırlayır.

Robin şüarı “robot üçün gəl, kofe üçün qal” olan CaféX-də çalışır. O, yorulmur, fasilələrə çıxmır və hər dəfə amerikanonu dəqiqliklə eyni cür hazırlayır.

Sintiya Yonq, CaféX-in baş əməliyyat icraçısı: “O hər dəfə eyni sayda paxla, eyni həcmdə süd və ya su istifadə edəcək. Temperatur da eyni olacaq.”

Bu robot barista səs-küylü kofe maşınından daha böyükdür. Robin, fiziki hissələrin və proqram təminatının kombinasiyasıdır. Sifarişi hazırlayan qol Mitsubishi şirkətinin ixtirasıdır. Mürəkkəb alqoritm isə çoxlu sayda sifarişləri çaşdırmamaq üçün lazımdır.

Yaxınlıqda isə hər an köməyə çata biləcək insanlar var. Onlar problem olduğu halda müdaxilə etməyə hazırdırlar. Qalan vaxt isə müştərilərlə kofe paxlalarının mənşəyi haqda söhbət edirlər.

Sintiya Yonq: “Biz burada robot və insan əməkdaşlığı görürük. Mövcud xidməti daha da səmərəli etməyin yoludur bu.”

Robotlar isə öz növbəsində elə proqramlaşdırlıb ki, mümkün qədər az insani xüsusiyyətləri olsun.

Sintiya Yonq: “Bu robotun çox məhşur salamlaması var. İnsanlar uzaqdan robotun onları salamlamasını görməyi sevirlər. Robot həm də kofe hazır olanda “voila” hərəkəti edir.”

Bəs müştərilər bu robotun hazırladığı kofe haqqında nə düşünürlər?

Kirk Şuler, Müştəri: “Bu elə xidmətdir ki, mən hazırlanan kofedən məmnunam.”

Şon Bondar, Müştəri: “İnsanların görmək istəmədiyi çoxlu təkraredici işlər var. Bununla bərabər, robotlar kofe hazırladığı zaman insanlarla ünsiyyətə ehtiyac edə bilmək bacarığına duyurlar.”

Robotların insanlardan iş yerlərini alacağı ilə bağlı narahatlarıqların olduğu bir dövrdə bu kafe robot insan əməkdaşlığının, bir nümunəsini təqdim edir.

XS
SM
MD
LG