Accessibility links

Skarlett Cohansson pərəstişkarları tərəfindən tənqidə məruz qalıb


Skarlett Cohansson “Ghost In The Shell” filmində çəkilməyə razılaşdığına görə pərəstişkarları tərəfindən tənqidə məruz qalıb. Pərəstişkarları bu rolu asiyalı aktrisanın ifa etməli olduğunu hesab edir.

32 yaşlı aktrisa “Sabahın Xeyir, Amerika!” verilişində Maykl Strahanla müsahibəsi zamanı bu barədə sualları cavablandırıb.

Bu film məşhur yapon qızdan bəhs edən animasiyaya həsr edilib - ona görə də bu rolu asiyalı qızın ifa etməsi daha məqsədəuyğun olardı. Lakin Skarlett oynadığı obrazın heç bir irqə aid olmadığını deyib və bildirib ki, o heç vaxt fərqli irqdən olan bir obrazı oynamağa razılaşmazdı.

Aktrisa bu kimi sualların film ekranlara çıxdıqdan sonra izləyicilər tərəfindən cavablandıracağına ümid etdiyini bildirib.

Amma tənqidçilər bununla razılaşmır. Onlar CGI-ın Skarletti asiyalı kimi göstərməyə vərdiş etdiyini deyir və onun saçının filmdə qara rəngdə olması təsadüfü deyil .

Lakin orijinal filmin rejissoru Skarlettin filmdə çəkilməsində problem görmür və serialı çəkən şirkət Skarlettin bu rola çox gözəl yaraşdığı ilə razıdır.

XS
SM
MD
LG