Accessibility links

Skot Pruitt istefa verib


Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) başçısı Skot Pruitt istefa verib.

“Mənə və ailəmə qarşı davamlı hücumlar bizə çox mənfi təsir göstərib” – deyə, Pruitt cümə axşamı günü prezident Donald Trampa ünvanladığı məktubda yazıb.

O istefa verməyin “çox çətin” olduğunu deyib, lakin EPA ilə bağlı qalmaqallara görə üzr istəməyib.

Tramp Air Force One təyyarəsində ikən müxbirlərə deyib ki, Pruittin istefasının hər hansı xüsusi səbəbi olmayıb.

"Skot gözəl insandır. O mənim yanıma gəlib 'Mənim administrasiyaya böyük etimadım var və diqqəti yayındırmaq istəmirəm' dedi. Ümid edirəm ki, onun gözlə həyatı olacaq və böyük işlər görəcək"- deyə, Tramp bildirib.

Tramp ən sadiq kabinet üzvlərindən biri ətrafındakı polemika ilə bağlı şərh verməkdən imtina edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG