Accessibility links

Yuliya Skripal xəstəxanadan çıxıb


Kütləvi informasiya agentliklərinin bildirdiyinə görə, Rusiyanın keçmiş casusu olan atası ilə birlkdə zəhərlənən Yuliya Skripal bir neçə həftə müalicədən sonra Britaniya xəstəxanasından çıxıb.

Skripallar martın 4-də İngiltərənin Salsburi şəhərinin parkında huşlarını itirmiş şəkildə tapılıb. Zərər çəkənlərin hər ikisi həftələrlə kritik vəziyyətdə olub və aldıqları müalicə nəticəsində onları səhhəti tədricən yaxşılaşmağa başlayıb.

Britaniya Rusiyanı Skripalları hərbi məqsədlə istifadə edilən əsəb qazı ilə zəhərləməkdə ittiham edib.

Rusiya Qərblə münasibətlərin daha da pisləşməsinə səbəb olan bu insidentlə əlaqəsi olmadığını bildirib.

Rusiyanın RİA xəbər agentliyinin bildirdiyinə görə, Britaniyadan sığınacaq istəyən Yuliya təhlükəsiz yerə aparılıb. Yuliyanın atasının da vəziyyətinin daha yaxşı olduğu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG